Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Zakir Həsənov antiterror tədbirləri barədə türkiyəli həmkarını məlumatlandırıb

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …