Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq

Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 24:00-dək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …