Cümə , 26 Aprel 2024
Drone Cameras

Ziyafət Əsgərov: “Ermənilər elə bir tayfadır ki…”

Z.Əsgərov jurnalistlərə açıqlamasında ermənilərin Azərbaycan ordusu tərəfindən layiqli cavablarını aldığını söyləyib. 

Birinci vitse-spiker deyib ki, ermənilər təkcə cəbhədə vəziyyəti gərginləşdirmir:

“Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirirlər və cavablarını alırlar. Bundan sonra da alacaqlar. Narahatçılığa heç bir əsas yoxdur. Biz bu yaxınlarda Tiflisdə NATO-nun Parlament Assambleyasında idik. Çox böhtan xarakterli çıxışlar edildi. Bizim nümayəndə heyəti onların çox gözəl cavabını verdi. Bir çox hallarda sübut edə bildik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir. Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. Bir milyondan çox qaçqın və köçkün var ki, onların da 300 min nəfəri uşaqlardır. Həqiqətən bunu biz həmişə beynəlxalq tədbirlərdə də bu məsələni qaldırırlar və ermənilərin iç üzlərini açıb göstərirlər. Çünki ermənilər elə bir tayfadır ki, heç nədən yalanlar uydururlar, adam məəttəl qalır. Amma bizim əsaslandığımız beynəlxalq, tarixi sənədlər var. Biz bu sənədlərlə də avropalı həmkarlamıza məlumatlar çatdırdıq və bildirdik ki, hazırkı vəziyyət necədir”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir