Şənbə , 27 Aprel 2024

Yearly Archives: 2016

Abşeron sakininə qarşı 170 min manatlıq dələduzluq edilib

Abşeron rayon sakininə qarşı 170 000 manatlıq dələduzluq edilib. “Report”un xəbərinə görə, rayon sakini 1975-ci il təvəllüdlü Sadıq Xəlilov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2014-cü ilin noyabr ayından 2016-cı ilin avqust ayınadək Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Mikayıl Vəliyev onu aldadaraq 170 000 manat dəyərində tikinti materiallarını alıb, lakin pulunu ödəməyib. Faktla bağlı Binəqədi RPİ-də araşdırma …

Read More »

“Kaspi” qəzetinin yaranmasının 135 illiyi qeyd olunur

“Kaspi” qəzetinin yaranmasının 135 illiyi qeyd olunur. APA-nın məlumatına görə, qəzet 1881-ci ildən nəşr olunmağa başlayıb və 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb. Qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxıb. 1884-cü ilin yanvarından isə gündəlik olub. 1897-ci ildən qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürüb və redaktorluq vəzifəsi Əlimərdan bəy …

Read More »

“Qarabağ” və “Qəbələ” reytinq siyahısında geriləyib

Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş tutan 40 qarşılaşma siyahıda müəyyən dəyişikliklərlə səbəb olub. Cədvəldə yer alan Azərbaycan klublarından da mövqeyində dəyişikliklər qeydə alınıb. 7 təmsilçimiz arasında ən yaxşı nəticəyə malik “Qarabağ” Bakıda İtaliya nın “Fiorentina” klubuna 1:2 hesabı ilə uduzmaqla geriləyib. Cəmi 1 …

Read More »

Azərbaycanda magistral yolların istismarı ilə bağlı 7 şirkət yaradılacaq

“Azəravtoyol” ASC-də Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib. ASC-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankının Cənubi Qafqaz üzrə nəqliyyat proqramının rəhbəri Mustafa Benmaamar, həmçinin cəmiyyətin və bankın digər rəhbər şəxsləri iştirak ediblər. Görüşdə Dünya Bankının maliyyələşdirdiyi layihələrin hazırkı vəziyyəti, magistral yollara xidmət göstərəcək 7 ədəd Magistral Yolların İstismarı MMC-lərin yaradılması və onların maddi-texniki …

Read More »

Qayınanasını döyüb, qaynını bıçaqlayan şəxsə 8 illik həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rövşən Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Əhədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin …

Read More »

Danimarkalı deputat qaçqınlarla dolu qayıqlara atəş açmağı təklif edib

“Hüquq-mühafizə orqanları Avropa sahillərinə yaxınlaşmaq istəyən qaçqınlarla dolu qayıqlara atəş açmalıdır”. APA-nın “Euronews”ə istinadən yaydığı məlumata görə, bunu Danimarkanın hakim partiyasının əsas siyasi müttəfiqi olan Danimarka Xalq partiyasından olan millət vəkili Kennet Bets deyib. “Yeganə effektiv yol qayıqları geri göndərməkdir. Onlara demək lazımdır ki, siz bu milli sərhədlərə tərəf üzə bilməzsiniz və əgər bunu etsəniz, ya sizə atəş açılacaq, ya …

Read More »

Güclü külək Bakıda ticarət mərkəzinin damını uçurub

Güclü külək Bakıda ticarət mərkəzinin damını uçurub. APA-nın məlumatına görə, hadisə Babək prospektində yerləşən “Tutto Bello” ticarət mərkəzində qeydə alınıb. Güclü külək damı uçuraraq Babək prospektinə aşırıb. Yolda nəqliyyatın hərəkəti məhdudlaşıb, tıxac yaranıb. Xəsarət alan yoxdur. Üç avtomobilə ziyan dəyib.

Read More »

Sabah 32 rayonda analoq TV yayımı dayandırılacaq

Sabah Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılacaq. APA-nın xəbərinə görə, dekabrın 10-dan bu rayonlarda rəqəmli TV yayımı həyata keçiriləcək. Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçirilir. Analoq yayımın …

Read More »

Hamburqda “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edilib

ATƏT Parlament Assambleyasının (PA) Humburqda keçirilən büro iclasında “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edilib. Bu barədə AZƏRTAC-a “Eurasia Diary” beynəlxalq informasiya portalının Hamburqa ezam olunmuş müxbiri Ayaz Mirzəyev məlumat verib. ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev iclasda çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının narahatlıq doğurduğunu söyləyib. Vitse-prezident deyib: “Aprel hadisələri göstərdi ki, bu münaqişə ilə bağlı yaranmış vəziyyət çox təhlükəlidir və …

Read More »

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində gücləndirilmiş iş rejiminə keçiləcək. AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib. O bildirib ki, gücləndirilmiş iş rejimi dekabrın 25-dən yanvarın 7-dək davam edəcək. Bayram günləri istifadəyə veriləcək əlavə nəqliyyat vasitələri barədə məlumat …

Read More »