Çərşənbə , 8 May 2024

Yearly Archives: 2016

Sabahdan havanın temperaturu yüksəlir

Sabahdan ölkə ərazisində havanın temperaturu yüksəlir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun yarımadada gecə 0-3° isti, gündüz 4-7° isti, Bakıda gecə 0-2° isti, gündüz …

Read More »

“Azərişıq”: Hava şəraiti ilə əlaqədar elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb

Dekabrın 8-də qarlı və küləkli hava şəraiti ilə əlaqədar ölkədə elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb. Bu barədə Trend-ə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, dekabrın 8-də səhər saatlarından qurumun əməkdaşları 24 saat xidmət apararaq abonentləri dayanıqlı elektrik enerjisi ilə təmin ediblər. T.Mustafayev əlavə edib ki, hava şəraitinin qəfil pisləşməsinə baxmayaraq, ölkə …

Read More »

Gömrükdə güldanların içindən 24 minə yaxın siqaret çıxdı

Gömrükdə xeyli sayda aksiz markası olmayan siqaret müsadirə olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan ölkəmizə birlikdə piyada gələn 3 nəfər Azərbaycan vətəndaşının gətirdiyi 5 ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib. Baxış zamanı 5 ədəd bağlamada 20 ədəd güldanın …

Read More »

Türkiyədə İstanbul Universitetinin 87 əməkdaşı həbs edilib

Türkiyə Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olmaqda şübhəli bilinən İstanbul Universitetinin 87 əməkdaşının həbsi üçün order çıxarıb. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. “Reuters” agentliyinin məlumatına görə, polis ölkənin 12 vilayətində reydlər keçirib. Şübhəlilər arasında universitetin professoru, eləcə də kiçik siyasi partiyanın sədri var.

Read More »

ABŞ İsrailin raket hücumundan müdafiə sisteminə 600,7 milyon dollar ayırıb

 ABŞ Konqresi İsrailin raket hücumundan müdafiə sisteminin inkişafına 600,7 milyon dollar ayırılmasını özündə etiva edən qanunun lehinə səs verib. “Report” “Newsru.com”a istinadən xəbər verir ki, Konqres ABŞ-ın “Müdafiə siyasəti haqqında” qanunu qəbul edib. Məlumata görə, sənədin lehinə 375 Konqres üzvü səs verib, onların 34-ü isə qanunun əleyhinə olub. Senatda isə 92 senator qanunun lehinə, 7-si isə əleyhinə səs verib. Xəbərdə …

Read More »

Beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının yeni CƏDVƏLİ

11 dekabr 2016-cı ildən beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Sərnişin qatarlarının 11.12.2016-cı il tarixdən etibarən 2016-2017-ci illər üçün hərəkət cədvəli

Read More »

Çikaqoda Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan bəhs olunub

Dekabrın 7-də ABŞ-ın aparıcı sənaye və maliyyə mərkəzi olan Çikaqo şəhərində yerləşən İllinoys Beynəlxalq Ticarət Mərkəzində Şimali İllinoys Universitetinin Biznes Kollecinin təşkilatçılığı ilə “Keçmiş Sovet İttifaqı ölkələri: 25 il sonra” mövzusunda seminar keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Çikaqoda fəaliyyət göstərən işgüzar və akademik dairələrin, eləcə də yerli ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirin açılışında Şimali İllinoys …

Read More »

Azərbaycan və Qazaxıstan XİN başçıları Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerlan İdrisovla görüşüb.Azərbaycan XİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində baş tutub.Görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunublar.Tərəflər, …

Read More »

Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 41 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 41 dəfə pozub.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.Məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli …

Read More »

BDM sədri İsmayıl Ağayev “Uluslararası proje ödülü” mükafatına layiq görülüb

Türkiyədə səfərdə olan Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev və sədr müşaviri İbrahim Axundov Türkiyə Əngəlsiz Sənət Birliyinin YÖN Sənət Atelyesi tərəfindən “Birlik və Bərabərlik” adı altında Ankarada keçirilən “3-cü Əngəlsiz Sənət Ödülləri” mükafatlandırma mərasimində iştirak edib. Sənət,  siyasət, idman və bir çox istiqamətdə fəaliyyət göstərən tanınmış simaların mükafatlandırıldığı mərasimdə BDM sədri İsmayıl Ağayev “Uluslararası proje ödülü” mükafatına layiq …

Read More »