Cümə axşamı , 9 May 2024

Yearly Archives: 2016

Oklahomada Azərbaycanla ABŞ strateji tərəfdaşlığı müzakirə edilib

Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndə heyəti Oklahoma ştatına səfər edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Oklahoma ştatının vitse-qubernatoru Todd Lamb, senator Ceyms Lankford, Oklahoma Milli Qvardiyasının komandanı, general Robbi Aşer və digər ştat rəsmilərilə görüşlər keçirib. Vitse-qubernator Todd Lamb ilə görüş zamanı tərəflər Oklahoma ştatının Azərbaycan-ABŞ əməkdaşlığının genişlənməsi və dərinləşməsində xüsusi rolunu qeyd ediblər. …

Read More »

Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində icra başçısının sabiq müavini ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xətai Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Qafur Rəhmanov ifadə verib. O, Xətai rayon ərazisində …

Read More »

İmişli rayonunun daha iki kəndinə qaz verilib

Bu gün İmişli rayonun Bəcirəvan və Ağcüyür kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 483 abonenti olan Bəcirəvan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3950 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 42 …

Read More »

Çexiyanın Azərbaycandakı səfirliyi birgünlük bağlanacaq

Çexiyanın Azərbaycandakı səfirliyi noyabrın 17-də bağlı olacaq.  “Report”un məlumatına görə, həmin gün səfirliyin konsulluq şöbəsi də işləməyəcək. Səfirliyin birgünlük bağlanmasına səbəb Çexiyada “Azadlıq və Demokratiya üçün mübarizə günü” Milli bayramının qeyd olunmasıdır.

Read More »

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə müdafiə nazirinə məruzə olunub.İdarəetmənin, təminatın, yardımçı …

Read More »

Azərbaycanda yeni orden təsis edilir

Azərbaycanda yeni – “Əmək” ordeni təsis edilir.  “Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub. Dəyişikliyə əsasən, “Əmək” ordeni Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə veriləcək. Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, …

Read More »

Tatarıstanda Azərbaycan kinosu günləri keçiriləcək

Tatarıstanda Azərbaycan kinosu günləri keçiriləcək. Bu haqda boyukmillet.com-a Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Tatarıstan regional nümayəndəliyinin rəhbəri Sübhan Əhədzadə məlumat verib. Onun bildirdiyinə görə bu ilin noyabrın 24-də açılışı olacaq Azərbaycan kinosu günləri ayın sonuna qədər davam edəcək. Diaspor rəhbəri Sübhan Əhədzadə onu da qeyd edib ki, artıq bir neçə ildir Tatarıstanda Azərbaycan kinosu günləri keçirilir. Kazan şəhərinin mərkəzində yerləşən Mir kinoteatrında nümayiş …

Read More »

Məhkəmə həkimlərin Akif Çovdarovun səhhəti ilə əlaqədar arayışını qəbul etməyib – YENİLƏNİB

Akif Çovdarov məhkəməyə gətirilib. APA-nın xəbərinə görə, məhkəmə heyəti A. Çovdarovun səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməməsinə dair həkimlərin arayışını qəbul etməyib. A. Çovdarov hazırda vəkili Kamandar Nəsibovla görüşür. Prosesin günün ikinci yarısı başlaması gözlənilir. ***11:37 Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor …

Read More »

Azərbaycan “ITU Telecom World 2016” sərgisində iştirak edir

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşkilatçılığı ilə Tailandın paytaxtı Banqkok şəhərində bu gün “ITU Telecom World 2016” beynəlxalq sərgi və konfransı öz işinə başlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, noyabrın 14-də tədbirin rəsmi açılış mərasimi keçirilib və mərasimdə Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhon, Tailandın baş naziri Prayut Çan-o-Ça və BTİ-nin Baş katibi Hulin Zao çıxış ediblər. …

Read More »

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfrans keçirilir

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfrans başlayıb. SİA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti haqda danışıb. O bildirib ki, Birinci Türkoloji Qurultay türkdilli ölkələr arasında tarixi-mədəni əlaqələrin qorunub saxlanmasında və inkişafında mühüm rol oynayıb.  Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Birinci Türkoloji Qurultayda qaldırılan latın əlifbasına keçid məsələsinə toxunub. Xalq yazıçısı …

Read More »