Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfrans keçirilir

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfrans başlayıb. SİA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti haqda danışıb. O bildirib ki, Birinci Türkoloji Qurultay türkdilli ölkələr arasında tarixi-mədəni əlaqələrin qorunub saxlanmasında və inkişafında mühüm rol oynayıb.

 Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Birinci Türkoloji Qurultayda qaldırılan latın əlifbasına keçid məsələsinə toxunub. Xalq yazıçısı qeyd edib ki, latın əlifbasına keçid XX əsrin əvvəllərində Azərbaycanda tətbiq edilib.
 
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, qurultayda XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub: “Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi Azərbaycanın geniş mənada türkologiyanın əsas mərkəzlərindən biri olduğunu göstərir”.
 
Tədbirdə Türk Dil Qurumunun başqanı Mustafa Kaçalin, Hacəttəpə Universitetinin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünün başqanı Şükrü Haluk Akalın və başqaları çıxış edib.
 
Konfrans işini sabah yekunlaşdıracaq.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir