Cümə axşamı , 9 May 2024

Yearly Archives: 2016

Mahmud Vaezi: İran Naxçıvana investisiyaları təşviq edir

Azərbaycanda səfərdə olan İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi hər iki ölkənin sahibkarlarını Naxçıvan Muxtar Respublikasına investisiya qoymağa çağırıb. Trend-ə eksklüziv müsahibə verən iranlı nazir bu səfərin ölkələr arasında ticarət əlaqələrinin möhkəmlənməsinə yönəldiyini bildirib. Nazir investisiyalarla bağlı məsələləri müzakirə etmək üçün muxtar respublikaya səfər edəcəyini qeyd edib. O deyib ki, Naxçıvan geniş ticarət imkanlarına malikdir. M.Vaezi İranın müxtəlif …

Read More »

Litvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Azərbaycanın Litvadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Milad Bayramı münasibətilə ziyafət verilib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib. Azərbaycanın Litvadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Milad Bayramı münasibətilə Litva Seymində (parlament) yenidən formalaşmış Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvlərinə ziyafət verilib. Cari ilin oktyabr ayında Litva Seyminə keçirilmiş seçkilərdən sonra Seymdə Azərbaycanla parlamentlərarası əlaqələr üzrə 46 deputatdan ibarət …

Read More »

Nigeriyada terrorçu qadın zərərsizləşdirilib

Nigeriyada bir qrup insan özünü partlatmaq istəyən terrorçu qadını zərərsizləşdirilib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir. İnsident ölkənin şimal-şərqində Mayduquri ştatında baş verib. Məlumatlara görə, iki terrorçu qadın bazar ərazisində partlayış törətmək istəyib. Onlardan biri partlayışı həyata keçirsə də, digərinin üzərində olan partlayıcı maddə işə düşməyib. Bunu görən kütlə qadına hücum edib və onu döyərək öldürüb. Partlayış …

Read More »

Azərbaycanda yeni açılacaq mədrəsələrin sayı bilindi

Azərbaycanda 8-ə qədər yeni mədrəsələrin açılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. M.Qurbanl bildirib ki, mədrəsələr Bakıda və regionlarda açılacaq: “Bu mədrəsələrin açılması tədricən həyata keçiriləcək. Həmin mədrəsələrin təsisçisi Qafqaz Müsəlmanları İdarəsi olacaq. Bu mədrəsələrdə tədris proqramları Dini Komitə ilə birgə hazırlanacaq”. M.Qurbanlı …

Read More »

“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının 25 illiyi qeyd olunub

Dekabrın 27-də “Hayat Recensi-Naxçıvan” mehmanxanasında “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş qurultay keçirilib. AZƏRTAC xəbər verir ki, respublikanın bir sıra tanınmış ictimai-siyasi xadimlərinin, elm, mədəniyyət və incəsənət adamlarınin qatıldığı tədbir “Multikulturalizm ili” çərçivəsində reallaşıb. Əvvəlcə qonaqlar assosiasiya üzvlərinin monoqrafiyalarının və sənət əsərlərinin yer aldığı kitablardan ibarət sərgiyə baxıblar. Tədbirdə “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının rəhbəri, professor Fuad Məmmədov çıxış …

Read More »

Rusiyanın qəzaya uğrayan təyyarəsinin “qara qutu”su tapılıb

Dalğıclar Rusiya Müdafiə Nazirliyinin “Tu-154” təyyarəsinin Qara dənizdə qəzaya uğradığı yerdə “qara qutu” tapıblar. Bu barədə TASS-a güc strukturları məlumat verib. Güc strukturları bildiriblər ki, axtarış işləri zamanı təyyarənin kabinəsinin altında bir “qara qutu” tapılıb. Yaxın vaxtlarda sudan çıxarılacaq. Daha iki bort “qara qutu” təyyarənin quyruq hissəsində yerləşir. Onlar hələ tapılmayıb. Təyyarənin qəzaya uğradığı ərazidə həlak olanların cəsədləri aşkarlanıb. “Axtarış …

Read More »

“Çelsi” tarixində ilk dəfə ardıcıl 12 oyun qələbə qazanaraq yeni ilkə imza atıb

İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilib. “Report” xarici mətbuata istinadən xəbər verir ki, liqanın ideri “Çelsi” “Bornmut” komandasını qəbul edib. Londondakı “Stamford Bric” stadionunda baş turan oyun 3:0 hesabı ilə “Çelsi”nin qələbəsi ilə başa çatıb. Komandanın qalibiyyət qollarını oyunun 24 və 90+3 dəqiqələrində Pedro Rodriqes və 49-cu dəqiqədə Eden Hazard vurublar. Bununla da “Çelsi” tarixində ilk dəfə 12 matç …

Read More »

Toğrul Əsgərov: “Bütün dəyişikliklər bizim xeyrimizədir”

“2017-ci ildə bizi çətin sınaqlar gözləyir. İlk olaraq Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etməliyik”.“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış sərbəst güləşçi Toğrul Əsgərov deyib.T.Əsgərov sərbəst güləş üzrə yığma komandadakı məşqçi dəyişikliyindən və evdə keçirilən yarışların məsuliyyətindən danışıb: “Ümumiyyətlə doğma azarkeşlər, doğma divarlar qarşısında keçirilən yarışlar çox məsuliyyətli və …

Read More »

Bakıda hakimin oğlunu avtomobillə vuran şəxsin məhkəməsində daha iki şahid ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. “Report”un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Yol Polisi idarəsində növbətçi hissənin rəisi vəzifəsində çalışan İlqar İbrahimov ifadə verib. O, dindirilərkən hadisədən sonra həmin yerə gədiyini, təxminən …

Read More »

“Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə nəşr olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti (ARNK) yanında Tərcümə Mərkəzinin ən iri beynəlxalq layihələrindən olan “Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə işıq üzü görüb. Kitab Misir Milli Tərcümə Mərkəzi ilə ARNK yanında Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib. Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən bu irihəcmli (400 səh.) topluda XX əsrdə yazıb-yaratmış yazıçıların hekayələri yer alıb. …

Read More »