Bazar ertəsi , 13 May 2024

Yearly Archives: 2017

Mikayıl Cabbarovun 3-cü müavini təyin edildi

Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev Prezident İlham Əliyevin sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, bu təyinatadək təhsil naziri Mikayıl Cabbarovun iki müavini – Ceyhun Bayramov və Firudin Qurbanov – olub.

Read More »

Türkiyəli iş adamı: Azərbaycandakı mövcud işgüzar mühit sağlam və şəffaf olduğu üçün cəlbedicidir

Xarici sərmayədarların Azərbaycana cəlb edilməsi istiqamətindəki tədbirlər dünyanın bütün böyük şirkətlərinin baxışlarını ölkəmizə yönəldib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya üzrə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın aparıcı neft və qaz şirkətləri Azərbaycana yön aldıqları kimi, indi də qeyri-neft sektorunu təmsil edən şirkətlərin ölkəmizə axını başlanıb. Əlbəttə ki, bu məsələdə də qardaş Türkiyə təmsilçiləri birinci yerdədir. Azərbaycan-Türkiyə münasibətlərindəki …

Read More »

Musiqili Teatrda “Silva” tamaşasının premyerası keçirilib

Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçirilib. Teatrdan “Report”a verilən məlumata görə, İmre Kalmanın məşhur ikihissəli “Silva” operettası tamaşaçılara təqdim olunub. Premyerada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, mədəniyyət və sənət adamları iştirak ediblər. Əsərin süjet xəttinin əsasında böyük bir sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq …

Read More »

Bakıda mənzildən 12 min dollar oğurlanıb

Bakıda mənzildən 12 min dollar oğurlanıb. “Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, naməlum şəxslər Asif Məmmədov küçəsi ev 143 ünvanındakı mənzillərdən birindən 500 manat, 1 000 avro və 12 000 ABŞ dollar oğurlayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Read More »

Ağstafa sakini ehtiyatsızlıqdan özünü güllələyib

Ağstafa sakini ehtiyatsızlıq nəticəsində özünü güllələyib.“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağstafa rayon sakini Aqil Kazımov rayonun Düz Qışlaq kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşlə ayağına xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib.Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.Araşdırma aparılır.

Read More »

“Əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün daşınmaz əmlakın qeydiyyatında növbəti yenilik olan “Əmlakın qeydiyyatı kalkulyatoru”nu vətəndaşların istifadəsinə verilməsi ilə bağlı təqdimat keçirib.“Report”un xəbərinə görə, bu yeniliyin məqsədi qeydiyyat xidmətlərində şəffaflığın, maarifləndirmənin daha da artırılması və rahatlığın təmin edilməsidir.Komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, ƏMDK-nin rəsmi internet səhifəsində yaradılan “Əmlak kalkulyatoru” sayəsində ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla …

Read More »

Təhqiqat “Tu-154” təyyarəsinin qəzasında terror aktı versiyasını istisna edib

Partlayış üzrə mütəxəssislər Soçi şəhəri yaxınlığında qəzaya uğrayan “Tu-154” təyyarəsinin göyərtəsində terror aktı versiyasını istisna ediblər. AZƏRTAC “Kommersant” qəzetinə istinadla xəbər verir ki, qəzadan sonra hərbi təhqiqatçılar laynerin korpusunun hissələrinin, sərnişinlərin cəsədlərinin və şəxsi əşyalarının, həmçinin təyyarənin daşıdığı yükün bir sıra ekspertizasını keçiriblər. “Təyyarənin göyərtəsində kriminal partlayış və ya onun raketlə vurulması izləri aşkarlanmayıb – beləliklə, terror barədə versiyalar təhqiqat tərəfindən …

Read More »

Ermənistan KİV: “Serj Sarqsyan baş nazirin fəaliyyətindən narazıdır”

Ermənistan prezidenti Serj Sarqsyan respublikanın baş naziri Karen Karapetyanın fəaliyyətindən narazılığını bildirib. “Report” xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazıb. Nəşrin məlumatına görə, S.Sarqsyan onun təyinatını prezident olduğu dövrdə ən ciddi səhvlərindən biri kimi dəyərləndirib. “Bundan sonra Karen Karapetyana son 5 il ərzində Ermənistan ərazisində fasiləsiz yaşayış barədə ərizənin verilməməsi məsələsini aktuallaşdırmaq və istənilən yolla baş nazirin hakim …

Read More »

Güləş üzrə Azərbaycan çempionatı davam edir

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə 86, 97 və 125 kiloqram çəki dərəcələrində 50 sərbəst, 59, 66 və 71 kiloqram çəkidə 114 yunan-Roma güləşçisi, ümumilikdə 164 pəhləvan öz aralarında ən güclüləri müəyyənləşdirir. Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, …

Read More »

Yanvarın 16-da IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyasına start veriləcək

Yanvarın 16-dan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyası prosesinə start veriləcək. AZƏRTAC “Bakı-2017”nin saytına istinadla xəbər verir ki, Oyunları işıqlandırmaq üçün təxminən 650 jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulur. Media nümayəndələri üçün yaradılan şərait və təklif olunan xidmətlərin təfərrüatları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Media Bələdçisi kitabçasında qeyd olunacaq və mətbuat nümayəndələrinə …

Read More »