Bazar , 12 May 2024

Yearly Archives: 2017

Nazir aprel döyüşləri zamanı yaralanan hərbçilərlə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində ötən ilin aprel ayında cəbhənin təmas xəttində Ermənistanın silahlı təxribatının qarşısının alınması zamanı yaralanan və bu mərkəzdə reabilitasiya xidmətləri ilə təmin olunan hərbçilərilə görüşüb.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin ölkənin hərbi gücünün artırılması üçün həyata keçirdiyi …

Read More »

FİFA prezidenti dünya çempionatında komanda sayının artırılmasına münasibət bildirib

 “Futbol üzrə dünya çempionatı formatındakı dəyişiklik maliyyə yox, idmanla bağlıdır”. “Report”un məlumatına görə, bunu BBC-yə açıqlamasında FİFA prezidenti Canni İnfantino deyib. İnfantino bildirib ki, bu, XXI əsrdə futbolu xarakterizə edən tarixi qərardır. Ali futbol qurumunun rəhbəri hesab edir ki, 2026-cı ildən etibarən mundial iştirakçıları sayının 32-dən 48-ə yüksəldilməsi oyunların real keyfiyyətini də artıra bilər: “Bir çox ölkə dünya çempionatında şans …

Read More »

Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

 Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində yanvarın 17-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu baş tutacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “Report”a verilən xəbərə görə, biznes-forum İqtisadiyyat Nazirliyinin dəstəyi və “Azpromo”nun təşkilatçılığı ilə keçiriləcək.  Forumda kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət …

Read More »

“Qaradağ” yatağında yeni quyu qazılır

“Qaradağ” yatağında 489 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb.“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 2 900 metrdir. Quyu yataqda vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə qazılır.

Read More »

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.Hazırda Azərbaycanın 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti …

Read More »

Davos Dünya İqtisadi Forumu rekord sayda iştirakçı toplayacaq

İsveçrənin Davos şəhərində yanvar 17-20-də keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) proqramı açıqlanıb. “Report” xəbər verir ki, forum “məsuliyyət və məsuliyyətli rəhbərlik” şüarı altında keçiriləcək. Dünyanın aparıcı biznes rəhbərləri və siyası liderləri müasir cəmiyyətin üzləşdiyi ən aktual dünyəvi, qlobal və regional problemləri müzakirə edəcəklər. Forumun proqramına ən aktual qlobal hadisələrə, o cümlədən rəqəmsal iqtisadiyyat, energetikanın gələcəyi, terrorla mübarizə, postmultikultural dövr və …

Read More »

Samir Adıgözəlli: “O, tək Ukraynanın sərhədlərinə sığan adam deyil”

Bir neçə gündür ki, bəzi KİV-lərdə Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev barədə tənqidi məqalələrin dərc edildiyinin şahidi oluruq. Həmin yazılarda iddia olunur ki, tanınmış diaspor rəhbəri Ukraynada iştirak etdiyi hansısa tədbirdə erməni əsilli bir ictimai fəalla şəkil çəkdirib. Bu faktor az qala Rövşən Tağıyevin hansısa dəyərlərə xəyanət etdiyi kimi yozulmağa başlanıb. Rövşən Tağıyev həmin ittihamlara …

Read More »

“ASAN xidmət”ə 13 milyondan çox müraciət daxil olub

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinə yarandığı vaxtdan bu günə qədər 13 milyondan çox müraciət daxil olub. “Report” xəbər verir ki, “ASAN xidmət” mərkəzlərinə 1 366 gün ərzində ümumilikdə 13 123 891 müraciət daxil olub. Onlardan 12 207 191-i mərkəzlər, 916 700-ü isə səyyar xidmət üzrə olan müraciətlərin sayıdır. Regionlar üzrə ümumi müraciətlərin çoxunu – Gəncə şəhəri …

Read More »

Ötən il 996 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

2016-cı il ərzində 996 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bu barədə Trend-ə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib. Bildirilir ki, 2016-cı ilin yanvar-dekabr ayları ərzində İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 996 632 müqavilə qeydiyyata alınıb. Bunların 130 655-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil …

Read More »

Türkiyənin baş nazirinin İraqa səfəri təxirə salınıb – YENİLƏNİB

Türkiyənin baş naziri Binəli Yıldırımın İraqa rəsmi səfəri təxirə salınıb.“Report” “Haber7″yə istinadən xəbər verir ki, hökümət başçısı Bağdada yanvarın 7-də gedəcək. *** 12:49Türkiyənin baş naziri Binəli Yıldırım bu gün İraqa rəsmi səfər edəcək.“Report” “Haber7″yə istinadən xəbər verir ki, o, İraqın mərkəzi hökumətinin və ölkənin şimalındakı kürd muxtariyyətinin rəhbərliyi ilə görüşəcək.Məlumata görə, görüşlərdə terrorçu PKK-nın İraqın Kandil və Şengal bölgələrindən çıxarılması, …

Read More »