Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Ötən il 996 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

2016-cı il ərzində 996 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

Bu barədə Trend-ə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Bildirilir ki, 2016-cı ilin yanvar-dekabr ayları ərzində İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 996 632 müqavilə qeydiyyata alınıb. Bunların 130 655-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 79,8 milyon manat təşkil edib.

2015-ci il ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 3.3%, sığorta haqlarının məbləğində isə 4.4% artım müşahidə edilib. 2016-cı ildə Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələri üzrə orta sığorta haqqı 88 AZN təşkil edib.

Qeyd edək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 13 sığorta şirkəti (http://isb.az/istirakci-sigorta-sirketleri/ ) fəaliyyət göstərir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir