“Miqros” mağazalar şəbəkəsi vasitəsilə təqribən 21 000 ədəd ərzaq paketi təmənnasız olaraq Türkiyədəki Azərbaycan vətəndaşlarına təqdim edilib, onlara 3 000-dən artıq mənzildə müvəqqəti yaşayış hüququ verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki Səfirliyi yayıb. Məlumatda bildirilib ki, Türkiyədə geniş yayılmış yeni növ koronavirus pandemiyası (COVID-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində …
Read More »Yearly Archives: 2020
Sumqayıtda 100 mm-lik top mərmisi tapıldı
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Yaşma bağları, Dalğa yaşayış sahəsində mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan “Report“a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin və Sumqayıt Təcili …
Read More »Kolumbiya mətbuatı: Ermənistan Azərbaycana qarşı təxribat törədib
Kolumbiyanın geniş auditoriya kütləsinə malik olan “Diariolaeconomia.com” internet portalında “Azərbaycan pandemiya ilə mübarizə aparan və işğallarla üzləşən bir ölkə” adlı məqalə dərc olunub. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, məqalədə Azərbaycanın qədim tarixə malik olduğu bildirilir, ölkəmizin Qafqazda təbii ehtiyatlarla ən zəngin ölkə olduğu diqqətə çatdırılır. Azərbaycanda kənd təsərrüfatının inkişafından, geniş turizm imkanlarından və iqtisadiyyatın şaxələndirməsindən bəhs edilərək onun böyük investisiyalar məkanı …
Read More »Qənirə Paşayeva: “Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır”
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı həm dərin təhlil, həm də tarixi ismarınclar ehtiva etməsi ilə özünə xüsusi diqqət tələb etməkdədir. Əlbəttə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizə artilleriya atəşi ilə zərbə endirməsi və bu gözlənilməz zərbə …
Read More »Vilayət Eyvazovdan yeni təyinat
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Sərdar Alıbəyli Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinə rəis təyin edilib. S.Alıbəyli daha əvvəl Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində çalışıb.
Read More »Elçibəy Polad Həşimovu və Raquf Orucovu Türkiyəyə göndərir – TARİXİ VİDEO
Azərbaycanın Eks-prezidenti Əbülfəz Elçibəy 1992-ci ildə bir qrup zabiti Türkiyəyə hərbi təhsil almağa göndərir. Təhsil almağa gedənlərin içində General-mayor Polad Həşimov və Polkovnik-leytenant Raquf Orucov da var. Xatırladaq ki, General Polad Həşimov 2020-ci iyulun 14-də Tovuz istiqamətində olan döyüşlər zamanı şəhid olub. Polkovnik-leytenant Raquf Orucov isə 2016-cı il aprelin 2-də “Aprel döyüşləri”ndə şəhid olub.
Read More »Bu gündən SMS icazənin müddəti 3 saat oldu
Boyukmillet.com xəbər verir ki, bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır. Xatırladaq ki, COVID-19 infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb.
Read More »14 şəhər və rayonda sərtləşdirilmiş karantin rejimi davam edəcək
Bu gündən başlayaraq Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Boyukmillet.com Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq: 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək; 1 avqust …
Read More »İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub. DİM-dən Open.az-a verilən məlumata görə, imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilər: Tarix/İmtahan*23.07.202024.07.202011-ci sinif cari ilin məzunları üçünburaxılış imtahanıNizami (Bakı)Nəsimi (Bakı)Sumqayıt (II hissə)Sabunçu (Bakı)Səbail (Bakı)Abşeron (II hissə)Əvvəlki illərin məzunları üçün I-IV ixtisas …
Read More »“Sosial şəbəkələrdəki ermənilər it sürüsü kimi mənə hücuma keçiblər” – Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirovun səsləndirdiyi, “Koronavirusun dili olsaydı, deyərdi ki, Ermənistan mənim müttəfiqimdir. Ermənistan və koronavirus sözləri sinonimdir”, – fikirləri ictimaiyyət arasında birmənalı qarşılanmadı. Və sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən paylaşılaraq tənqdilərə və müzakirələrə səbəb oldu. Bununla bağlı Dominant.az-a açıqlama verən deputat iqtidarın təmsilçisi olaraq ölkə prezidentinin siyasətini təbliğ etdiyini bildirib: “Təbii ki, müəyyən müxalif-siyasi dairələr, əks mövqeli insanlar mənim …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar