8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusdan dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, hər iki tibb işçisi koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olub: “Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına …
Read More »Yearly Archives: 2020
Koronavirusun daha tez yayılmasının şərtləri açıqlandı
“Koronavirusa yoluxan şəxslər havalandırmanın zəif olduğu qapalı məkanlarda qorumasız olanda xəstəliyin “super yoluxduran”ına çevrilirlər”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Epidemiologiya Elmi Tədqiqat İnstitutunun direktor müavini Aleksandr Qorelov bildirib. O, ara məsafə və fərdi qoruma vasitələrilə bağlı qaydalara əməl edilmədikdə vəziyyətin daha təhlükəli olduğunu diqqətə çatdırıb. COVID-19-la bağlı əlamətləri hiss edərkən evdən çıxmamağı nəzərdə tutan təməl qaydanın bir …
Read More »Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan etibarən hərbi vəziyyət ləğv olunur. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Read More »“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası dövriyyəyə buraxılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC ötən gün Bakıda keçirilmiş qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markasını və Birinci gün zərflərini hazırlayaraq dövriyyəyə buraxıb. Bu barədə nazirlikdən bildirilib. Məlumata görə, layihənin süjeti Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə həsr olunub. Markalar 100 min tirajla çap olunub. Həmçinin, 500 ədəd Birinci gün zərfi …
Read More »Moldova mətbuatı: Azərbaycan işğal altındakı torpaqları azad etməklə istədiyinə nail olub
Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunan Zəfər paradına dair məlumatlar Moldova mətbuatında geniş işıqlandırılıb. Bu barədə Boyukmillet.com Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib. Xəbərlər həm rus və rumın dillərində yayılıb. Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “İPN”, “Newsmaker”, “AVA” “Stiri” və “Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində yayımlanan məlumatlarda müharibədə şəhid olan azərbaycanlıların sayı qədər – 2783 türk əsgərinin və Türkiyənin Prezidenti Rəcəb Tayyib …
Read More »Vətən müharibəsində 27 jurnalist döyüşüb, 1 nəfər şəhid olub, 2-si yaralanıb
44 günlük Vətən müharibəsinə qismən səfərbərlik və digər proqramlar çərçivəsində cəlb edilən, cəbhə xəttinə göndərilən, döyüşlərdə iştirak edən jurnalistlərin siyahısı hazırlanıb. Boyukmillet.com-un xəbərinə görə, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, təmsil etdiyi hər iki qurum 27 sentyabr 2020-ci il tarixdən-Vətən müharibəsinin ilk günündən başlayaraq KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıblar. Onun sözlərinə. …
Read More »Liviya hərbçiləri azərbaycanlının olduğu gəmini sərbəst buraxdılar
Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın tərəfdarları Misrat limanına doğru üzərkən saxlanılmış türk yük gəmisini sərbəst buraxıblar. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Qeyd edək ki, tibbi yardım yükünün olduğu gəmi dekabrın 5-də Liviya sahillərində saxlanılmışdı. Gəminin heyət üzvü 17 nəfərdən ibarətdir. Xarici KİV-in məlumatına görə, onlardan doqquzu Türkiyə, yeddisi Hindistan və biri Azərbaycan vətəndaşıdır. Dekabrın 8-də Liviya Milli …
Read More »Dünyada pandemiya ilə bağlı vəziyyət gərginləşir
Dünyada koronavirusa yoluxanların sayı 70 milyon nəfərə yüksəlib. Bu barədə Boyukmillet.com ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir. Pandemiyanın başlanğıcından dünyanın 220 ölkəsində COVID-19-a yoluxanların sayı 70 672 882 nəfərə çatıb. Müxtəlif ölkələrin statistikasına görə, dünyada 1 587 352 insan infeksiyanın qurbanı olub, eyni zamanda virusa yoluxmuş 49 milyondan çox sağalıb. Koronavirusdan ən çox ABŞ əziyyət çəkir. Bu ölkədə təhlükəli infeksiyaya yoluxanların sayı 16 017 418 nəfər təşkil edir. Birləşmiş …
Read More »Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 12 əcnəbi aşkarlanıb
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində noyabrda muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 12 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb. Bu barədə Boyukmillet.com Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir. Qeyd edilir ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, …
Read More »ABŞ ekspertləri təcili olaraq “Pfizer” peyvəndindən istifadəni məsləhət görüb
ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət üzrə İdarəsinin (FDA) xarici ekspertlər komitəsi Birləşmiş Ştatlarda təcili olaraq “Pfizer” və “BioNTech” şirkətlərinin koronavirus əleyhinə peyvəndini bəyənməyi tövsiyə edib. Bu barədə Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir. Komitənin qərarına əsasən, peyvəndin üstünlükləri 16 yaşdan yuxarı böyüklər və daha yaşlılar üçün yoluxma risklərini azaldır. ABŞ koronavirusa yoluxma ilə bağlı qeydə alınmış hallarına sayına görə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar