Boyukmillet.com xəbər verir ki Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı, …
Read More »Yearly Archives: 2020
İran koronavirusa görə ölkə daxilində səyahətləri məhdudlaşdırdı
“Şəhərlərdə karantin tətbiq etmək əvəzinə, yoluxmaqda şübhəli bilinənlər və ya infeksiyaya yoluxanların hərəkətinə məhdudiyyət qoyacağıq. İnsanlardan səyahət etməmələrini xahiş edirəm”. Boyukmillet.om “İnterfaks”a istinadən xəbər verir ki, bunu İranın Səhiyyə naziri Səid Namaki deyib. Nazir bildirib ki, şəhərin girişində insanların temperaturunu ölçəcək və yoluxmuş və ya yoluxmaqda şübhəli bilinənləri dayandıracaq xüsusi komandalar olacaq. O, həmçinin bir neçə ziyarətgaha, o cümlədən Məşhəddəki İmam Rza və Qumdakı Fatimə-i …
Read More »Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək
Fevralın 28-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasına hazırlıq işləri yekunlaşıb və toplantıda 13 ölkənin iştirakı təsdiqlənib. Boyukmillet.com Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının Enerji Direktorluğunun Baş direktorunun müavini Klaus-Dieter Borchardt, Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrdən – Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf …
Read More »Koronavirusun Azərbaycanda yayılma təhlükəsi varmı?
Azərbaycanda ən son rəsmi məlumata görə, 50-dən çox adam koronavirus ehtimalı ilə həkim nəzarətinə alınıb, azı 4 nəfər isə xüsusi ayrılmış tibb müəssəsinə yerləşdirilib. Onların əksəriyyəti İrandan Azərbaycanaya yenicə gələnlərdir.Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, hazırda respublika ərazisində koronavirusa yoluxan bir nəfər də olsun yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, hazırda Azərbaycanda COVİD-19 adı verilən koronavirusa yoluxma …
Read More »Koronavirusa yoluxan şəxslə taksidə gələnlər Azərbaycanda xəstəxanaya yerləşdirildi
Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze koronavirusa yoluxan şəxslə bağlı açıqlama verib. Boyukmillet.com Sputnik Gürcüstan-a istinadla xəbər verir ki, xəstəliyə yoluxan Gürcüstan vətəndaşı dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb. Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze isə bildirib ki, xəstəliyə yoluxan şəxs vətəninə marşrut taksisində qayıdıb. Onun 50 yaşı var. Həmin şəxsin adı açıqlanmasa da, Marneulidə yaşadığı bildirilib. …
Read More »Böyük Britaniya koronavirusla mübarizə üçün başqa üsula əl atıb
İngiltərə koronavirusun hansı miqyasda yayıldığını anlamaq üçün minlərlə insandan analiz götürülməsinə qərar verib. Bu barədə “HaberGlobal” məlumat yayıb. Xalq Səhiyyə Qurumunun məlumatına görə, həftədə 600 nəfərdən analiz götürüləcək. Layihə 100 klinika və 11 xəstəxananı əhatə edəcək. Bundan başqa, epidemiyanın yayılmasının qarşısının alınması üçün lazım gələrsə, məktəblər bağlanacaq. Həmçinin ictimai nəqliyyatda məhdudlaşdırmalar ola bilər. İngiltərə Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək, məcbur …
Read More »Gəncədə Xocalı faciəsinin qurbanlarının 28-ci ildönümünə həsr edilən ümumşəhər tədbiri keçirilib
Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də baş tutan ümumşəhər tədbiri “Xocalı” abidəsinin önündə keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyublar. Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan …
Read More »Türkiyədə yaşayan həmyerlimiz Xocalı soyqırımının qurbanlarını belə andı – VİDEO
Türkiyədə yaşayan həmyerlimiz Rauf Adıgözəlli Xocalı soyqırımının qurbanlarını özünəməxsus formada anıb. Boyukmillet.com xəbər verir ki, o, sərt qış ayında baş verən soyqırımın 28-ci ildönümündə Türkiyədə – Marmaris dənizinin sahilində faciənin qurbanlarına Allahdan rəhmət diləyərək, soyuq havada dənizdə üzüb… Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin …
Read More »Samir Adıgözəlli: “Bu bəşəri cinayətin törədilməsində təqsirli olanların hələ də tapılıb cəzalandırılmasına nail ola bilməmişik”
1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı adında Azərbaycan şəhəri erməni qəsbkarları tərəfindən yer üzündən silindi və 613 insan vəhşicəsinə məhv edildi. Bu cinayət təkcə Azərbaycana qarşı yox, eləcə də müsəlman dünyasına qarşı olan vandalizm aktı idi. Aradan illər keçsə də, Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş bu faciə yenə ürəkləri …
Read More »Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. DSX-dən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 25.06.1983-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Soltanov Elşən Qismət oğlu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar