Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov BMT Baş Assambleyasında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri özünün tvitterdəki səhifəsində yazıb. Ceyhun Bayramov bildirib ki, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq, əlaqələrin inkişafı perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib. Met @coe Secretary General @MarijaPBuric in the margins of #UNGA. We discussed …
Read More »Monthly Archives: Sentyabr 2021
Türkiyə və Finlandiyanın XİN rəhbərləri Əfqanıstanı müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 76-cı sessiyasında çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş “Türk evi”ndə baş tutub. Nazirlər Əfqanıstandakı son vəziyyəti müzakirə ediblər. XİN başçılarının görüşündə həmçinin gələcək inkişaf perspektivlərini və vasitəçilik məsələləri də diqqət mərkəzində olub. Vüsalə Abbasova
Read More »Ərdoğan ABŞ-a səfərini başa vurub
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ABŞ-a səfərini başa vurub. Boyukmillet.com “Report”un yerli bürosuna istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 76-cı sessiyasında çərçivəsində sentyabrın 20-də Nyu-York şəhərinə səfər edən prezident “Türk evi”ndən yola salınıb. Ərdoğan səfər çərçivəsində bir çox ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb. O, Nyu-Yorkdan ayrılmazdan əvvəl “Türk evi”ndə diplomatlarla xatirə şəkili çəkdirib. Vüsalə Abbasova
Read More »Argentina səfiri: “Naxçıvanın inkişafı əməkdaşlıq üçün geniş imkanlar açıb”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Vasif Talıbov ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvanın blokada şəraitində yaşadığını bildirib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq və enerji təhlükəsizliyi sahəsində görülən işləri …
Read More »Azərbaycanın Baş prokuroru Qazaxıstana səfərə gedib
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Nur-Sultan şəhərinə səfərə gedib. Səfərdə məqsəd MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak etməkdir.
Read More »Azərbaycan Ordusunda keçirilən səmti müəyyənetmə yarışları yekunlaşıb
Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, yarışlarda 8 komandanın 44 hərbi qulluqçusu mübarizə aparıb. İştirakçılar təyin olunmuş məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəflərin aşkarlanması tapşırıqlarını yerinə yetiriblər. Yarışın qaydalarına əsasən kişi hərbi qulluqçular 9,3 km məsafədə 13 nəzarət nöqtəsini, qadın hərbi qulluqçular isə 6 km məsafədə 10 nəzarət nöqtəsini müəyyənləşdiriblər. …
Read More »Azad olunan ərazilərdə xidmət edənlərin övladlarının harada təhsil alacağı açıqlanıb
“Xidməti fəaliyyəti ilə bağlı işğaldan azad edilən ərazilərdə yaşayan şəxslərin övladları hazırda əvvəl oxuduqları təhsil müəssisələrində təhsillərini davam etdirirlər”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə hazırda ümumi təhsil müəssisələri hələ ki fəaliyyət göstərmir. Xatırladaq ki, bu gün ölkədə fəaliyyət göstərən məktəblərdə aşağı siniflər üzrə (I-IV) ənənəvi əyani …
Read More »Kəlbəcər, Zəngilan və Laçındakı filiz yataqlarına geoloji ekspedisiya təşkil olunacaq
“İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq Qarabağı işğaldan azad etməsi ilə bu ərazilərdə olan zəngin faydalı qazıntı yataqları yenidən öz sahiblərinə geri qaytarıldı. Yaxın zamanda AMEA-nın Təbiət Tarixi Muzeyi əməkdaşlarının Kəlbəcər və Zəngilanda olan qızıl yataqlarına, eləcə də Laçın rayonu ərazisində yerləşən yataqlara geoloji ekspedisiyalarının təşkil olunması planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Muzeyin baş elmi …
Read More »Bu münasibətlər qardaşlıq münasibətləridir – HƏRBİ EKSPERT ŞƏRH ETDİ
“Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Türkiyə ilə Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir və demək olar ki, dünyada yeganə ölkədir ki, bu cür qardaşlıq münasibətləri var”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Hərbi ekspert vurğulayıb ki, bizim münasibətlərimiz müttəfiqlik, tərəfdaşlıq münasibətlərindən də yüksəkdə dayanır və bu münasibətlər qardaşlıq münasibətləridir, hansı ki, son Şuşa Bəyannaməsi də …
Read More »Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib – FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Yunanıstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperigos ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı siyasi münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, regiondakı yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
