Bazar , 14 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

Gələn il üçün Naxçıvanın büdcə gəlirləri açıqlanıb

2022-ci ildə Naxçıvan MR-nın büdcə gəlirlərinin 138 milyon manat olacağı gözlənilir. “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Read More »

Azərbaycan nümayəndə heyəti Xəzər Media Forumunda iştirak edir

Xəzər Media Forumunda iştirak edəcək Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərinə gəlib. Boyukmillet.com xəbər verir ki, rəsmi şəxslər, diplomatlar, jurnalistlərdən ibarət olan heyət əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül çələngi qoyublar. Mərasimdə nitq söyləyən “Trend” İnformasiya Agentliyinin baş direktor müavini, Xəzər Ekspert Mərkəzinin rəhbəri Gülnarə Məmmədzadə forumu region ölkələrindəki jurnalistlər və ekspertlər arasında peşə əlaqələrinin inkişafı, habelə müxtəlif sahələrdə …

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin iclası keçiriləcək

Yaxın zamanlarda Ankarada Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin birgə iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib. O, Gürcüstanın Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin olduğunu deyib: “Bizim hökumətlər səviyyəsində yaxşı əməkdaşlığımız var. Pandemiya səbəbindən parlamentlər səviyyəsində əlaqələr intensiv olmayıb”. N.Samxaradze qeyd edib ki, yaxın günlərdə …

Read More »

Zakir Həsənov Rabitə qoşunlarının hərbi hissəsində olub

Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub. Nazirliyinin rəhbər heyəti rabitə nəqliyyat vasitələri, texnikaların cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara …

Read More »

Dövlət Komissiyası Ağdərədə saxlanılan hərbçinin geri qaytarılması ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, 14 iyul 2021-ci ildə Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətandaşları – Gümrü şəhər sakini, hərbi qulluqçu, 27.10.1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs 07.08.1963-cü il təvəllüdlü Torozyan …

Read More »

Samir Adıgözəlli: “Yaxın zamanlarda belə müraciətlərin sayı daha da artacaq

Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib. O, Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib. Məlumat Ermənistan mətbuatında yayılıb. Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan 150 min dramadək artırıb. …

Read More »

Ağsu kənd bələdiyyəsi 4 şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ağsu rayonunun Gəgəli kənd bələdiyyəsinə məxsus 4 şirkəti dövlət qeydiyyatına alıb. Boyukmillet.com xəbər verir ki, bunlar “Axtaçı Obası”, “Təmiz Kənd”, “Yerli Media” və “Zəfər Parkı” MMC-lərdir. Onların hamısının hüquqi ünvanı adı çəkilən kənd, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Aqil Böyükağa oğlu Süleymanov, Həzi Babaxan oğlu Həsənov, Anar Əlisoltan oğlu Həbibov …

Read More »

Azərbaycan XİN Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına cavab verib

“Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır”. Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva söyləyib. Ermənistan XİN-in …

Read More »

Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev vəfat edib. Boyukmillet.com xəbər verir ki, sentyabrın 8-də Gəncədə yerləşən modul tipli xəstəxanada koronavirusdan ölüb. Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir. Qeyd edək ki, N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra …

Read More »

Şahid: “Rövşən Əkbərov Nazim İbrahimova Elçini öldürdüyünü etiraf edib”

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində vaxtilə Müdafiə Nazirliyinin tərkibində Mülki Müdafiə üzrə Qərargah rəisinin müavini işləmiş, ehtiyatda olan polkovnik Elxan Cəbiyev dindirilib. O deyib ki, 2001-ci ilin may ayının sonlarında Ukraynanın Kiyev şəhərində …

Read More »