Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsinə dəstək verməyə davam edəcəyik”

“Azərbaycanlı və liviyalı qardaşlarımızın yanında olub onlara haqlı mübarizələrində dəstək verməyi davam etdirəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Milli Müdafiə Universiteti Dəniz Hərbi Kollecinin 2021-2022 tədris ilinin açılış mərasimində bildirib. Nazir Yunanıstan və Kiprin yunan hissəsindəki hökumətin silahlanmasına münasibət bildirərək deyib: “Yunanıstan və yunan Kipri son dövrlərdə bəzi ölkələrin təşviqi və təhriki ilə sürətlə silahlanma …

Read More »

ANAMA Qarabağa daha 8 təcili tibbi yardım maşını göndərib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maddi-texniki bazasının yenilənməsi məqsədilə tibbi yardım nəqliyyat vasitələrinin alınmasına dair müsabiqə keçirib. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, qalib şirkət “Sun Cars” MMC tərəfindən ANAMA-ya 10 ədəd tibbi yardım maşınlarının təhvil veriləcəyi nəzərdə tutulub. Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. 8 ədəd ambulans hazırda Agentliyə təhvil verilib, …

Read More »

Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib

Azərbaycanda Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib. Boyukmillet.com xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, onlar heç vaxt atalarını görməyəcək: “Bütün şəhid övladları, qazilər bizə əmanətdir”. Qeyd edək ki, “YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni …

Read More »

NATO Hərbi Komitəsinin üzvləri Azərbaycan-Türkiyə-Gürcüstan təlimini izləyiblər

Tbilisidə səfərdə olan NATO Hərbi Komitəsinin üzvləri NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) baş çəkiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib. Alyansın ali hərbi nümayəndələri mərkəzdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimlərini onlayn formatda izləyiblər. Daha sonra Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili və NATO Hərbi …

Read More »

Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq hər iki ayağını sındırıb

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Kərimova Məryəm Orxan qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Azərbaycanın U-21 yığması seçmə mərhələdə növbəti oyununu keçirəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Boyukmillet.com-un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gələcək. Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq. Matçı Belarusdan olan FIFA referisi Viktor Şimusik idarə edəcək. Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya …

Read More »

Rusiya gəmiləri Xəzər dənizində təlimlər keçirib

Rusiyanın Xəzər dəniz donanması qoşunların döyüş hazırlığının yoxlanılması məqsədilə Xəzər hövzəsində dəniz zərbə qrupu tərəfindən şərti düşmənin məhv edilməsi üzrə təlimlər keçiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Qrupa dairənin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının təyyarələri dəstək verib. Təlimlərdə 20-dən çox gəmi, o cümlədən “Həştərxan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç” …

Read More »

Ermənistan prezidenti: “Qarabağ müharibəsində erməni tərəfi geridə qaldı”

“Qarabağ müharibəsində hər şey silah və texnika ilə həll edildi və bu məsələlərdə erməni tərəfi geridə qaldı”. Boyukmillet.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan İtaliyada erməni icmasının nümayəndələri ilə görüşü zamanı bildirib. “Əlbəttə, biz nəyin səhv olduğu barədə danışmalıyıq. Məsul şəxslər müharibədə qalib gəlməməyimizin səbəbini müzakirə etməlidirlər. Vəzifələri müharibəni və məğlubiyyətin səbəblərini təhlil etməli olan …

Read More »

Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələrinə həsr edib

Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim edib. Bu barədə Boyukmillet.com sarayın mətbuat xidmətinə istinadən xəbər verir. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Heydər Əliyev …

Read More »

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgəncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətini Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Ali Məclisin …

Read More »