İspaniyanın “Barselona” klubu tarixində ilk dəfə Çempionlar Liqasındakı ardıcıl 3 ev oyununda məğlub olub. Boyukmillet.com -un məlumatına görə, Kataloniya təmsilçisi son olaraq evdə E qrupunun qarşılaşmasında Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzub. Komanda 2021-ci ilin yanvarında Fransa PSJ-si ilə görüşdən, 2020-ci dekabrında isə İtaliya “Yuventus”u ilə qarşılaşmadan məyus ayrılıb. “Barselona” bu matçlarda müvafiq olaraq 1:4 və 0:3 hesabları ilə üzləşib.
Read More »Yearly Archives: 2021
Parisdə azərbaycanlı rəssamın sərgisi açılıb
Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb. “Report”un Fransa bürosu xəbər verir ki, Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında təşkil edilmiş fərdi sərgidə azərbaycanlı rəssamın 10-a yaxın əl işi sərgilənir. “Ağ vəsiqə” adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib. Sərgi sentyabrın 25-dək davam edəcək. …
Read More »BMT Baş Assambleyasının yeni rəhbəri prioritet məsələləri açıqlayıb
“BMT Baş Assambleyasının icra gücü Təhlükəsizlik Şurasından daha çoxdur. Baş Assambleya 193 üzv ölkəni təmsil edən yeganə qurumdur və bu qurumun qərarlarını beynəlxalq vicdan verir”. Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının yeni prezidenti, Maldivin xarici işlər naziri Abdulla Şahid sələfindən səlahiyyətlərini təhvil aldıqdan sonra keçirdiyi mətbuat konfransında deyib. Bir il ərzində 76-cı sessiyaya rəhbərlik edəcək A.Şahid …
Read More »Türkiyə prezidenti Serbiya parlamentinin spikerini qəbul edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Xalq skupşinasının (birpalatalı parlament) spikeri İviç Daçiçi qəbul edib. Bu barədə Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir. Məlumata görə, görüş Ankarada Prezident sarayında baş tutub. Qeyd edilir ki, danışıqlar bağlı qapılar arxasında keçirilib. Görüşdə həmçinin Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop da iştirak edib.
Read More »Kriştianu Ronaldu xəsarət yetirdiyi qadına hədiyyə verib
İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində I turunda İsveçrəsin “Yanq Boyz” komandası ilə oyundan əvvəl təsadüfən topla xəsarət yetirdiyi qadın stüarta öz futbolkasını hədiyyə verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Observador” bildirib. Qeyd edək ki, Ronaldu İsveçrə klubu ila matçdan əvvəl məşq zamanı topla qadına təsadüfən xəsarət yetirib. Futbolçu matçdan sonra hasarı aşıb və tibbi …
Read More »Bakının erməni-bolşevik işğalından azad olunmasından 103 il ötür
Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan paytaxtının azadlığından 103 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan …
Read More »“Ermənistan və onun havadarları nəticə çıxarmalıdırlar” HƏRBİ EKSPERT ŞƏRH ETDİ
Azərbaycanın, Türkiyənin və Pakistanın silahlı qüvvələrinin birgə keçirdiyi təlimin çox böyük əhəmiyyəti var. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emil Həsənli deyib. Hərbi ekspert vurğulayıb ki, hər üç qardaş ölkənin iştirakı ilə keçirilən bu təlim regionda və dünyada sülhün, təhlükəsizliyin qorunmasında bir tövhə rolunu oynayır. “Türkiyə ordusu da, Pakistan ordusu da dünyanın ən güclü ordularından biridir. Pakistan ordusu eyni zamanda …
Read More »İlham Əliyev icra başçılarının yerlərdə yığılan vəsaitləri mənimsəməsindən danışıb
“Eyni zamanda, yenə də deyirəm, dövlət tərəfindən, mərkəzi icra orqanları tərəfindən rayonların inkişafı ilə bağlı böyük işlər görülüb, işlərin böyük hissəsi görülüb”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib. “Siz yerlərdə elə işləyin ki, rayonlar daha …
Read More »Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib. DYP-dən daxil olan müraciətdə deyilir: “15 sentyabr 2021-ci il tarixdə saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri aşağıda göstərilən marşrutlar üzrə təşkil olunması nəzərdə tutulub. 1-ci marşrut: …
Read More »Azərbaycanda daha 2077 nəfər koronavirusa yoluxub, 33 nəfər vəfat edib
Azərbaycanda koronavirus infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6 167 nəfər vəfat edib. 40 965 nəfər aktiv xəstə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
