Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

XİN: “Qarabağ Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz”

“ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz”. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva ABŞ-ın …

Read More »

Antalyadan Vladivostoka uçan təyyarə qəza enişi edib

Antalya-Vladivostok transkontinental təyyarəsi Rusiyanın Krasnoyarsk şəhərində qəza enişi edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb. Məlumatda deyilir ki, “Boeing 767” təyyarəsi Antalyadan Vladivostoka uçurmuş və Krasnoyarsk üzərində olarkən təcili eniş əmri verilib. İlkin məlumatlara görə, təyyarədə texniki problemlər yaranıb. Zərərçəkənlər barədə məlumat yoxdur. Hava laynerində olan sərnişinlərin sayı dəqiqləşdirilir.

Read More »

Fəxrəddin Altun: “Türkiyə dezinformasiyaya ən çox məruz qalan ölkədir”

“Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli strateji proses aparılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun “Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti” adlı məqaləsində deyilir. “Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli strateji proses aparılmalıdır. Qısa müddətdə xüsusi məsələlərə fokuslanaraq hazırlıq görülməli və mümkün ssenarilər …

Read More »

Türkdilli iş adamlarının iştirakı ilə Qarabağda biznes-forum keçirilə bilər

“Biz 2-ci Qarabağ müharibəsinin davam etdiyi ötən il 2 noyabr tarixində Azərbaycanda idik. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan olaraq Azərbaycana dəstək vermək üçün biznes-forum keçirdik”. Boyukmillet.com xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türk Ticarət və Sənaye Palatasının Baş katibi Adəm Kula jurnalistlərə açıqlamasında deyib. “Türk Ticarət və Sənaye Palatası olaraq 6 dövlətin ticarət və sənaye palatasının birləşməsi ilə yaradılıb. …

Read More »

Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pençe-Kaplan” bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin tviter səhifəsində bildirilib. “Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdiriləndək davam edəcək”, – açıqlamda qeyd olunub. Xatırladaq ki, “Pence-Kaplan” anitterror əməliyyatı Türkiyə daxilində və terrorçuların daha çox düşərgə saldığı İraqın şimalında keçirilir. Əməliyyat 2019-cu il mayın 28-də başlayıb.

Read More »

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində, qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik …

Read More »

Ramiz Mehdiyevin kürəkəni əmlaklarını satışa çıxardı – Vergi borcu +Fotolar

Verilən məlumata görə, sabiq deputat İlham Əliyev təyin olunan vergi cəriməsini ödəmək üçün 1 ay vaxt istəyibEks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib. Boyukmillet.com  xəbər verir ki, “Yeni Müsavat”a daxil olan məlumata görə İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə vergi verməyiblər. …

Read More »

Xəbərin qoxusu olmur deməyin, jurnalistikanın burnu tutulub deyin

Azərbaycan jurnalistikasında geriləmənin müşahidə olunduğu danılmaz fakta çevrilib. Təkcə mətbuat konfranslarındakı məsul şəxsə verilən sualların səviyyəsini analiz etsək, mənzərənin acınacaqlı olduğunu görərik. 90-ci illərin jurnalist təmsilçiləri hesab olunuruq. Bizim dörümüzdə mətbuat konfransları hadisəyə çevrilərdi. Elə bir qaranlıq məqam qalmazdı ki, suallarımızla ona işıq salmayaq. Əlbəttə nəticədə cəmiyyət udurdu. İnkişafın təməl prinsiplərinin əsaslarından biri həqiqətin aşkara çıxmasıdır. Mətbuat konfransları bu həqqiətin tapılmasında …

Read More »

Türkdilli dövlətlərin nazirliklərinin nümayəndələri Ağdamdadır

İlk xəbər saat 14:05-də verilib Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, qonaqları Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Səfər iştirakçıları ilk olaraq Qarabağ xanlarının türbələrini və yaşayış evlərini (İmarət) ziyarət ediblər. Qonaqlara erməni vandallıqlarına məruz qoyulmuş türbələr və Natəvanın …

Read More »

TDƏŞ rəsmisi: “Türkdilli ölkələrin iş adamları Qarabağın bərpasında iştirak etmək istəyirlər”

“Azərbaycanda olduğumuz üçün xoşbəxtik”. Boyukmillet.com xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibinin köməkçisi Ömər Kocaman jurnalistlərə açıqlamasında deyib. “Bildiyiniz kimi, ötən gün TDƏŞ olaraq Bakıda iqtisadiyyat nazirlərinin 10-cu görüşünü reallaşdırdıq və biznes-forum keçirdik. Bu gün isə iş adamlarımız, nazirin köməkçisi, səfirlərimiz, Türkiyə, Qazaxıstan, Qırğızıstandan və Özbəkistandan olan rəsmilərlə birlikdə bu bölgədəyik. Qarabağın yenidən qurulmasında türkdilli …

Read More »