“İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. “Onu da …
Read More »Yearly Archives: 2021
Prezident: “Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib”
“Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması …
Read More »Azərbaycan lideri: “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər”
“44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. “Bizim gənclər artıq müzəffər xalqın …
Read More »Azərbaycan və Türkiyənin parlament sədrləri görüşüb
Azərbaycan Respublikası Milli Məclisinin (MM) sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin tviter səhifəsində məlumat verilib. Bildirilib ki, görüş Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Dünya Parlament Sədrlərinin 5-ci Konfransı çərçivəsində baş tutub. TBMM sədri həmçinin Cənubi Koreya, Yəmən və Kamerundan olan həmkarları ilə də görüşüb.
Read More »Türkiyədə koronavirusun “Mü” ştamı qeydə alınıb
“Türkiyədə koronavirusun “Mü” ştamına iki yoluxma hadisəsi qeydə alınıb”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında bildirib. “Virusun yeni variantı olan “Mü” sadəcə iki hadisədə təsbit edilib. Pasiyentlərdə də əsasən “Delta” və “Delta+”un əlamətləri müşahidə olunur”, – nazir deyib. Fəxrəddin Qoca vaksinasiyanın sayının artması ilə yoluxma hallarının azalacağını da qeyd edib.
Read More »BQXK nümayəndələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər
Sentyabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayevlə görüşüblər. Bunu açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib: “Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxsə ailəsi ilə əlaqə saxlamasına şərait yaratsın”. Qeyd edək ki, …
Read More »Türkiyə Müdafiə Nazirliyi Laçındakı birgə təlimlərlə bağlı məlumat yayıb
Qədim və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət!” anlayışı ilə bir yumruq olmağa davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları sentyabrın 6-dan Laçında “Birgə Komando Əməliyyatı” təlimi keçirir. Təlimlər sentyabrın 10-dək davam edəcək”, – nazirlikdən bildirilib. Qeyd edək …
Read More »İlqar Rəhimov: “Vətən müharibəsindəki zəfər paralimpiyaçıların çıxışına təsir etdi”
“Bizim komandamız çox güclüdür. Yarışdan əvvəl də bunu demişdim. Hətta proqnoz verəndə bildirdim ki, Tokioya yollanan komanda əvvəlki heyətlərdən daha yaxşıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Tokio-2020 Yay Paralimpiya Oyunlarındakı nəticələrlə bağlı jurnalistlərə açıqlamasında deyib. O, komandadakı hər idmançının nəyə qadir olduğunu bildiklərini söyləyib: “Bu məlumatlar bizə əsas verir ki, düzgün …
Read More »Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək. Mərkəzdən verilən məlumata görə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, …
Read More »Erməni qadın uşaqlarıyla birgə Şuşaya keçmək istədi
Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, onlar Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib. Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
