Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Bayram günlərinin hava proqnozu açıqlanıb

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərinin hava proqnozu açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva son 20 ilin meteoroloji müşahidələrinin nəticələrinə nəzər salıb. “Aparılmış təhlillərə əsasən deyə bilərik ki, son 20 ildə Bakı və Abşeron əhalisi Yeni ili yalnız 4 dəfə 2007, 2009, 2012, 2016-ci …

Read More »

Cəbrayılda minalardan təmizlənmiş 30 min hektara yaxın ərazidə meşə salınacaq

“Cəbrayılda 2022-2026-cı illərdə 30 min hektara yaxın minalardan təmizlənmiş ərazinin meşə fonduna salınması nəzərdə tutulur”. Boyukmillet.com-un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib. Onun sözlərinə görə, 10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq: “Tək Zəngilan, Cəbrayılda deyil, bütövlükdə regionu əhatə edən işlər gündəlikdədir”.

Read More »

Türkiyə-Suriya sərhədində 8 terrorçu zərərsizləşdirilib

Türkiyə-Suriya sərhədində 8 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb. “Fərax qalxanı” bölgəsinə minaatan və YARS atışları ilə hücum edən PKK/YPG terrorçularına atəş-dəstək vasitələrimiz ilə sərt cavab verilib. İlkin məlumata görə, hücum edən 8 PKK/YPG terrorçusu zərərsizləşdirilərək istifadə etdikləri vasitələr də məhv edilib”, – tvitdə qeyd olunub

Read More »

DSMF-nin gəlirləri 9% artıb

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) ötən illə müqayisədə 8,5% çox – 5,152 milyard manat gəlir əldə edib. Boyukmillet.com xəbər verir ki, bunu Fondun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, DSMF-nin builki gəlirlərinin 3,81 milyard manatı və yaxud 73,95%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır …

Read More »

Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışına qatılacaq

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Boyukmillet.com-un məlumatına görə, hazırlıq prosesi 8 – 15 yanvarda Türkiyənin Antalya şəhərində gerçəkləşəcək. Toplanış 2022-ci ildəki yarışlara hazırlıq məqsədi daşıyır. Qeyd edək ki, yığma Bakıdakı “Atilla” idman klubunda təlim-məşq toplanışı bu gün başa vuracaq.

Read More »

Azərbaycanda daha 6 “ASAN xidmət” mərkəzi inşa olunur

Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. …

Read More »

ASELSAN Azərbaycanda yeni layihələr hazırlayır

“ASELSAN Azərbaycanda yeni layihələr hazırlayır”. Boyukmillet.com  xəbər verir ki, bu fikirləri Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib. “Türkiyə-Azərbaycan qardaşlığını zirvələrə daşıyan prezidentimiz Rəcəb Tayyib Ərdoğanın və möhtərəm Prezident İlham Əliyevin bu məsələdə sərt mövqeyi də bizə ruh yüksəkliyi və cəsarət verir. Biz ASELSAN olaraq Türkiyə-Azərbaycan münasibətlərinin ən mühüm məsələlərindən biri olan …

Read More »

Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabitinin adına xatirə bulağının açılışı olub

Vətən müharibəsi şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, deputatlar, şəhid ailələri və qazilər, şəhidin doğmaları və yaxınları iştirak ediblər. Tədbirdə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyətindən danışılıb, …

Read More »

ASELSAN Azərbaycandakı hədəflərini açıqlayıb

Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün Azərbaycandakı hədəflərini açıqlayıb. Boyukmillet.com-un xəbərinə görə, o, rəsmi qəzetə müsahibəsində kritik mülki texnologiyalar və hərbi tex­nologiyaların iç-içə olduğu dövrdə qabaqcıl texnologiya həlləri təklif edən müdafiə sənayesi şirkətlərinin mülki sahələrdə də fəaliyyət göstərməsinin günün zərurəti olduğunu bildirib. “Bu istiqamətdə ASELSAN olaraq Türkiyədə olduğu kimi, Azərbaycanda da fəaliyyətimizi müvafiq qurumların həll …

Read More »

Haluk Görgün: “Qara­bağın yenidən qurulmasına töhfə vermək istəyirik”

“Vətən müharibəsindən sonra Qara­bağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyevin elan etdiyi ağıllı şəhər konsepsiyasına qoşulmaq, ortaya qoyduğu iradəyə, məqsədə dəstək olmaq üçün enerjimizlə, bilgimizlə, bütün imkan­larımızla töhfə vermək istəyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib. “Təbii ki, biz orda olmaq istəyirik. yenidənqurmada ASELSAN-ın yaratdığı bir çox …

Read More »