Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, aprelin 25-i saat 13 radələrində Quba rayonu, Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində …
Read More »Monthly Archives: Aprel 2022
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir. Boyukmillet.com xəbər verir ki, yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarının yaxınlığından keçən hissəsindən götürür. Onun uzunluğu 56,4 km-dir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən …
Read More »Şuşada beynəlxalq konfrans keçiriləcək
Şuşada beynəlxalq konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tviter hesabında yazıb. “Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm …
Read More »İran və Çin hərbi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər
Rəsmi Tehran və Pekin hərbi əməkdaşlığı inkişaf etdirmək, eləcə də təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər. Boyukmillet.com ILNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqeri Çinin müdafiə naziri Vey Fenqe ilə danışıqlardan sonra bildirib. “Bugünkü (dünənki-red) görüşdə biz iki ölkənin Silahlı Qüvvələri arasında təlimlər, təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində …
Read More »Konqres Rusiya səhmlərinin Ukrayna üçün müsadirəsi haqqında qanun layihəsini qəbul edib
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyası ilə əlaqəli aktivlərin Ukraynaya yardım məqsədilə müsadirə olunması haqqında qanun layihəsini qəbul edib. Bu barədə Boyukmillet.com “The New York Times”a istinadən xəbər verir. Qeyd edilir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya tərəfindən sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslərin aktivlərinin müsadirəsini nəzərdə tutan HR 6930 qanun layihəsini qəbul edib. Müzakirələr zamanı qanun layihəsinin lehinə 417 konqresmen …
Read More »Hulusi Akar: “Azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə, vahid yumruqla dəstəkləməyə davam edirik”
“Azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə, vahid yumruqla dəstəkləməyə davam edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Egey, Aralıq dənizində, Kiprdə, Liviyada və Azərbaycanda dost və qardaşlarımızın hüquq və mənafelərinin reallaşması davam edir. Qonşu Yunanıstan və digər ölkələrlə həmişə deyirik ki, biz dostluğun tərəfdarıyıq, beynəlxalq hüququn, dialoqun tərəfdarıyıq. Biz bunları deyirik”, – Hulusi Akar vurğulayıb. “Suriyanın şimalında …
Read More »İstanbulda terror aktının qarşısı alınıb, saxlanılanlar var
Türkiyənin İstanbul şəhərində terror aktının qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Sancaktəpə rayonunda daha bir terror yuvası məhv edilib. Türkiyənin təhlükəsizlik qüvvələri 3 terrorçunu yaxalayaraq 5 kq partlayıcı maddə, bomba və partlayış üçün hazır vəziyyətdə olan çoxlu sursat ələ keçirib.
Read More »Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 99 il ötür
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunur. Boyukmillet.com xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə …
Read More »Gürcüstanın XİN başçısı: “Azərbaycanla dostluğun möhkəmlənməsi üçün daha böyük potensial var”
“Bir daha əmin oldum ki, Gürcüstan və Azərbaycan arasında dərin möhkəm köklərə malik dostluğun inkişafı və möhkəmlənməsi üçün daha da böyük potensial var”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili feysbuk səhifəsində yazıb. “Gürcüstan və Azərbaycan üçün əsas hərəketverici qüvvə ölkələrimiz, regionun inkişafı və xalqlarımızın rifahıdır. Hər iki ölkə bu istiqamətdə tarixən çox işlər görüb. Gürcü …
Read More »Azərbaycan-Macarıstan münasibətlərinin ildönümü ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Tədbirdə AR XİN-in rəhbər heyəti, Macarıstanın Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov 30 il ərzində Azərbaycan Respublikası və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar