Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Macarıstan səfiri: “Azərbaycanla münasibətlərin inkişafındakı nailiyyətlərdən qürur duyulmalıdır”

Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin inkişafında əldə olunan nailiyyətlərdən qürur duyulmalıdır. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın Azərbaycan Respublikasındakı səfiri Viktor Szederkenyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgidə deyib. Səfir Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığı məmnunluqla qeyd edib və iki ölkə arasında …

Read More »

Qazaxıstanın KİV və ictimaiyyət nümayəndələri Ağdama səfər ediblər

Qazaxıstanın KİV və ictimaiyyət nümayəndələri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb. Nümayəndə heyəti Ağdamda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub, işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o …

Read More »

Prezident: “Sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır”

“Sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edilib. …

Read More »

Gürcüstanda Azərbaycanı ən mühüm tərəfdaş hesab edənlərin sayı artıb

Gürcüstanda Azərbaycanı ən mühüm tərəfdaş hesab edənlərin sayı artıb. Boyukmillet.com xəbər verir ki, bu, Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əks olunub. Rəyi soruşulanların 20 %-i Azərbaycanı ölkənin ən mühüm siyasi tərəfdaşı hesab edib. Respondentlərin 54 %-i Avropa İttifaqı (Aİ), 53 %-i ABŞ-ı, 45 %-i Ukraynanı, 20 %-i isə Türkiyəni Gürcüstanın ən vacib siyasi tərəfdaşı kimi …

Read More »

DİN Bərdədə zibillikdə tapılan qadınla bağlı açıqlama yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub. Hazırda qadının müalicəsi davam etdirilir.

Read More »

Çexiyalı alim və tələbələr Ağdamda olublar

Çexiya Təbiət Elmləri Universitetinin dosenti Dr.Petr Kokaisl və Təbiət Elmləri Universiteti ilə Karlov Universitetinin bir qrup tələbəsi Ağdama səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb. Qonaqlar İmarət, Şahbulaq qalası, Cümə məscidi və digər dağıdılmış abidələrlə tanış olub.

Read More »

Prezident İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı …

Read More »

Hadrutdakı İoan məbədində ermənilərin dağıdıb gizlətdiyi qədim qəbir daşları aşkarlanıb

Alban-Udi xristian icmasının üzvləri Hadrut qəsəbəsində, İoan məbədinin qarşısındakı qədim qəbirlərin ermənilər tərəfindən dağıdılaraq gizlədilən sinə daşlarını tapıblar. Boyukmillet.com xəbər verir ki, icma üzvləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər ediblər. İcma üzvləri səfər zamanı məbədin qarşısında dağıdılmış qədim qəbirlərin üzərində sinə daşlarının olmadığını görüblər. Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari “Report”un …

Read More »

BMT baş katibi Ukraynaya səfər edib

BMT-nin baş katibi Antoniu Quterreş Ukraynaya səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə baş katib tviter hesabında yazıb. “Biz humanitar yardımın genişləndirilməsi və mülki şəxslərin münaqişə zonalarından təxliyəsini təmin etmək üçün işimizi davam etdirəcəyik. Bu müharibə nə qədər tez başa çatsa, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır”, – Quterreş qeyd edib.

Read More »

Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var

Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub. Boyukmillet.com xəbər verir ki, hadisə Kür çayının qırağında qeydə alınıb. Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər. Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »