Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

İrəvanda Paşinyanın həbs olunması tələbi ilə aksiya keçirilib

44 günlük müharibə zamanı ölən hərbçilərin valideynləri İrəvanda Ermənistan Baş Prokurorluğunun qarşısında aksiya keçirib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanın həbs olunmasını tələb ediblər. Etirazçılar Baş Prokurorluq Paşinyanı təqsirləndirilən şəxs kimi istintaqa cəlb etməyənə qədər dağılışmayacaqlarını bəyan ediblər. Xatırladaq ki, artıq bir neçə gündür Nikol Paşinyanın istefası tələbi ilə Ermənistanın bir neçə şəhərində aksiyalar …

Read More »

Azərbaycan və Latviya minatəmizləmə üzrə mümkün əməkdaşlığı müzakirə edib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi ilə görüşüb. Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi bildirib ki, qəbiristanlıqların minalanması məqsədyönlü şəkildə mülki əhaliyə qarşı edilən qeyri-insani əməllərin təzahürüdür. Görüş zamanı iki ölkə arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb. İdarə Heyətinin sədri Vüqar Süleymanov 2022-ci …

Read More »

İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib – VİDEO

Azərbaycan Alban-udi xristian dini icmasının üzvləri Xocavənd rayonunun Tuğ kəndində Müqəddəs İohann kilsəsini ziyarət edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün Pasxa bayramı ilə bağlı Xocavəndə səfər edən icma nümayəndələri Hadrut qəsəbəsində olub, rayonun Hünərli və Tuğ kəndlərinə gedərək müqəddəs məbədləri ziyarət ediblər. İşğaldan azad olunandan sonra Tuğda ilk dəfə kilsə zəngi səsləndirilib. Qeyd edək ki, Müqəddəs İohann kilsəsi …

Read More »

Səfir: “Azərbaycan-Yunanıstan əməkdaşlığının dərinləşməsinə ümid edirəm”

Yunanıstan və Azərbaycan qədim tarixi əlaqələrə malikdir. Boyukmillet.com xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Nikos Piperikos Mədəniyyət və İncəsənət Universitetində keçirilən Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş sərgidə çıxışında deyib. “Mədəni əlaqələrimiz zəngindir. Yunanıstan tarixinə, qədim mədəniyyətinə Azərbaycanda, Azərbaycan sənətkarları arasında hər zaman xüsusi maraq olub”, səfir deyib. Diplomat tarixi əlaqələrə toxunub, Yunanıstan hökmdarlarının Cənubi Qafqazla, …

Read More »

Azərbaycanda pandemiyadan zərər çəkmiş sahibkarlar 22 mln manat subsidiya alıb

“2020-ci ilin iyun ayından bu il aprelin 1-nə qədər Azərbaycanda dövlət zəmanətli kredit və subsidiya dəstəyi layihəsi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 22 milyon manat subsidiya ödənilib.” Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. “Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6 290 müraciətdən 5 010-u üzrə müsbət qərarlar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın ümumi məbləği …

Read More »

Vilayət rəhbəri: “Mariupol düşmənə təslim edilməyib” – EKSKLÜZİV

“Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri bu il martın 1-dən tam blokadadadır. Buna baxmayaraq, şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Küçə döyüşləri gedir. Mariupol Ukraynadır”. Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib. “Düşmənin nə deməsindən, necə “feyk” məlumatlar yaymasından asılı olmayaraq, Mariupol şəhəri düşmənə təslim edilməyib. Təəssüf ki, Rusiyanın Mariupolda törətdiyi soyqırım nəticəsində təxmini hesablamalara görə, on minlərlə dinc …

Read More »

Azərbaycan və İran arasında iqtisadi inkişaf perspektivləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İranın xarici işlər nazirinin iqtisadi siyasət üzrə müavini Mehdi Səfəri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu azərbaycanlı nazir bildirib. “Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə müzakirə apardıq. Ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik”, – deyə o, qeyd edib.

Read More »

Səlcuk Bayraktar: “TEKNOFEST Azərbaycan”da hamınızı gözləyirəm”

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar Azərbaycan vətəndaşlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, o, vətəndaşları mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştiraka dəvət edib. “Bu il qardaş ölkə Azərbaycanda 5-ci dəfə keçirəcəyimiz “TEKNOFEST”ə 1 ay qalıb. Bu möhtəşəm festivalda hamınızı gözləyirəm. Bakı Kristal Sarayında görüşənə qədər”, – deyə …

Read More »

Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub

stanbulda Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələrinin daimi Şurasının təsis edilməsi ilə bağlı iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib. Qazaxıstan tərəfi isə tədbirə videoformatda qatılıb. İclasda türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər …

Read More »

Gürcüstan XİN: “Bakıda Azərbaycanla strateji tərəfdaşlığın bütün əsas istiqamətləri nəzərdən keçirilib”

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Bakıda strateji tərəfdaşlığı və regionun inkişafı naminə sıx əməkdaşlığı təsdiqləyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, XİN başçıları – İlya Darçiaşvili və Ceyhun Bayramov strateji tərəfdaşlığın bütün əsas istiqamətlərini nəzərdən keçiriblər. Onlar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd ediblər və əlaqələrin daha da dərinləşdirilməsi üçün fəal …

Read More »