Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Nazir müavini: “Ərzaqlıq buğda istehsalının artırılmasına dair iş aparılır”

Azərbaycanda ərzaqlıq buğda istehsalının həcminin artırılması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə iş aparılır. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirilir. “Əlavə istehsal imkanları nəzərdən keçirilir. Təkliflər konkretləşdikdə hökumətə təqdim ediləcək”, – deyə o, qeyd edib. Nazir müavini Rusiyanın bu ilin iyul ayına qədər buğda ixracına qadağa qoymasına, Qazaxıstanın isə məhdudiyyət tətbiq etməsinə və …

Read More »

Hulusi Akar: “Ərdoğanın təşəbbüsü ilə Ukrayna və Rusiya liderləri görüşə bilərlər”

“Ukraynadakı durumla bağlı problemlər olsa da, ümidliyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Qarşıdakı günlərdə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Ukrayna və Rusiya liderləri görüşə bilərlər. Humanitar vəziyyətin daha da pisləşməməsi, ən qısa vaxtda atəşkəsin təmin olunması üçün vasitəçilik də daxil olmaqla Türkiyə öhdəsinə düşənləri həyata keçirir”, – o bildirib.

Read More »

Prezident: “Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanlar var”

Prezident İlham Əliyev xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirib və Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd edib. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edərkən deyib. Dövlət başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da …

Read More »

Azərbaycan Prezidenti Gürcüstana səfərə dəvət edilib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfərə dəvət edilib. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. O, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb. Prezident İlham Əliyev salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın …

Read More »

Qusarda narkotikin təsiri altında qaydaları pozan sürücü saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünü saxlayıblar. Boyukmillet.com xəbər verir ki, rayon sakini Müzəffər Şahbazlı idarə etdiyi “VAZ-21101” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını, ictimai-asayişi nümayişkəranə və kobud şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər törədib. M.Şahbazlı polis əməkdaşları tərəfindən rayon …

Read More »

SOCAR və “Qazprom” kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsi yarada bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom” şirkəti arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi istiqaməti üzrə kommersiya yük nəqliyyatı üçün CNG şəbəkəsinin yaradılması və istismarı məsələlərinə dair təkliflər verilib və fikir mübadiləsi aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu bu ilin aprelin 21-22-də Moskva şəhərində keçirilmiş qaz-mühərrik yanacağı üzrə Ümumrusiya Forumunda “SOCAR PETROLEUM” QSC-nin baş icraçı direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev …

Read More »

Şəhriyar Məmmədyarov bu gün növbəti oyununu keçirəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində bu gün növbəti görüşünü keçirəcək. Boyukmillet.com xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın VI turunda niderlandlı Yorden van Forrestlə üz-üzə gələcək. Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib. Təcrübəli şahmatçı II, III və …

Read More »

Ukraynalı general: “Müharibənin gedişatında dönüş nöqtəsi yarana bilər”

“Müharibənin gedişatında dönüş nöqtəsi yarana bilər”. Boyukmillet.com xəbər verir ki, bunu ukraynalı general Viktor Yaqun deyib. “Buna Qərbin verdiyi müasir silahlar kömək edəcək. Söhbət xüsusilə aviasiya və hava hücumundan müdafiə sistemlərindən gedir. Mən həm də hədəfləri daha effektiv vura bilən yüksək texnologiyalı təchizatları, o cümlədən PUA-ları nəzərdə tuturam. Onlar müharibənin gedişatını dəyişə bilərlər”, – o bildirib.

Read More »

Ukraynanın Baş Qərargahı: “Rusiya çoxlu sayda canlı qüvvə, texnika itirib”

Rusiya Belqorod vilayətinin yaşayış məntəqələrindən Ukraynanın İzyum şəhəri ərazisinə 76-cı desant-hücum diviziyasının tərkibindən iki tabor köçürüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb. Bildirilib ki, qarşı tərəf İzyum istiqamətində qüvvələrini artırır. Bundan başqa, Rusiya Belqorod vilayətində iki diviziya “İsgəndər-M” raketi yerləşdirib. Məlumata görə, təxliyə karvanları Rusiya hərbçiləri tərəfindən atəşə tutulur. Bir neçə yaşayış məntəqəsində humanitar fəlakət yaşanır. …

Read More »

Qırğızıstana yeni XİN başçısı təyin ediləcək

Qırğız parlamenti Jeenbek Kulubayevin xarici işlər naziri postuna namizədliyi barədə Prezident Sadır Japarovun təqdimatını qəbul edib. Boyukmillet.com xəbər verir ki, 90 deputatdan 71-i Jeenbek Kulubayevin lehinə səs verib. Qeyd edək ki, Jeenbek Kulubayev 1963-cü ildə Qırğızıstanın İssık-Kul vilayətinin Çırpıktı kəndinə anadan olub, ölkəsinin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Bu il aprelin 5-də xarici işlər naziri vəzifəsinin müvəqqəti icrasına başlayıb. …

Read More »