Bakıda və Abşeron yarımadasında aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq. Azərbaycanın …
Read More »Monthly Archives: Aprel 2022
Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub
Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vüqar Məmmədov nazirliyin Aparat rəhbəri vəzifəsinə gətirilib. Qeyd edək ki, V.Məmmədov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetini, 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini, 2017-2020-ci illərdə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fəqlənmə diplomları ilə bitib. Əmək fəaliyyətinə özəl sahədə başlayan …
Read More »Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb. “Report”un Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) əldə etdiyi məlumata görə, Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür. Belə ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir. Məhərrəm ayının 10-u – Aşura günü isə avqustun 8-nə düşür. Aşura günündə ənənəvi …
Read More »Bakıda daha 14 narkokuryer saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin satışı və qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan daha 14 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Naqan” markalı tapança və 6 ədəd patron aşkar olunub. İdarə …
Read More »Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edəcək – EKSKLÜZİV
Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edəcək. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin İnsan hüquqları və İctimai birliklər və dini qurumlar komitələrinin 27 apreldə birgə keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib. 1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə; 2. Böyük Qayıdış: “Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri …
Read More »Sabah Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək
Aprelin 26-da Bakıda Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü İdarənin direktoru Denis Qonçar müsahibəsində bildirib. “Aprelin 26-da keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 20-ci yubiley iclasına hazırlıq davam edir”, – o deyib. Diplomatın sözlərinə görə, tərəflər iqtisadi əməkdaşlığa dair kompleks məsələləri nəzərdən keçirir: …
Read More »YAŞAT Fondu: “Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir”
“Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir”. Boyukmillet.com-un xəbərinə görə, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, ümumilikdə, YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib: “Onlardan 132 nəfərinin müalicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir”.
Read More »Ağırlıqqaldırma üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) yeni təyinatlar olub. Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə qərar İdarə Heyətinin iclasında qəbul olunub. Rizvan Rəsulov AAAF-ın baş katibi, Kamran Əliyev icraçı direktor, Emil Əliyev Azərbaycan milli yığma komandalarının baş məşqçisi, Asif Məmmədov kişilərdən, Sərdar Həsənov qadınlardan, Oktay Muxtarov isə yeniyetmələrdən ibarət yığma üzrə böyük məşqçi təyin olunub. İclasda 9-10 apreldə keçirilmiş Azərbaycan …
Read More »SIPRI: “Azərbaycan ÜDM-də hərbi xərclərin ən çox olduğu 5 ölkə sırasındadır”
Azərbaycan Ümumi Daxili Məhsulda (ÜDM) hərbi xərclərin ən çox olduğu ölkələrin siyahısında 5-ci yerdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir. Belə ki, hesabat görə, Azərbaycanın ÜDM-də hərbi xərclər 5,3% təşkil edir. Bu baxımdan, birinci yeri Oman (7,3%), ikinci yeri Küveyt (6,7%), üçüncü yeri Səudiyyə Ərəbistanı (6,6%), dördüncü yeri isə Əlcəzair (5,6%) …
Read More »Rusiya XİN: “Azərbaycanın tutduğu balanslı mövqeyi qeyd edirik”
“Azərbaycanlı və erməni tərəfdaşlarımızın Ukrayna ətrafındakı vəziyyət üzrə Qərbin apardığı anti-Rusiya kampaniyası ilə bağlı balanslı mövqeyini qeyd edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələr üzrə 4-cü İdarənin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib. “Həm Bakının, həm də İrəvanının xarici siyasət kursunu qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutduqlarını da qiymətləndiririk. Bu istiqamətdə Azərbaycan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar