Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Rusiya ABŞ-a nota göndərib

Rusiya ABŞ-a Ukraynaya silah tədarükünü dayandırması ilə bağlı nota göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Rossia-24” telekanalına müsahibəsində bildirib. “800 milyon dollar, bu, Vaşinqtondan Kiyevə tədarük olunacaq silahların dəyəridir. Bu, böyük rəqəmdir, bu, diplomatik həllin tapılmasına, vəziyyətin həllinə töhfə vermir. Biz nota göndərmişikmi? Bəli, biz ABŞ-ın Ukraynaya silah tədarükünün qəbuledilməzliyini vurğuladıq, biz bu təcrübənin dayandırılmasını …

Read More »

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayıb

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna start verilib. Nazirlikdən  verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Qeyd edək ki, müsabiqə qaydalarına edilmiş dəyişikliklərə əsasən, cari ildən vakansiya seçimi zamanı ilkin …

Read More »

Azad edilən ərazilərdə daha 172 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, aprelin 18-dən 23-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 126 mina və 170 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 475.7 hektar ərazi mina və partlamamış hərbi …

Read More »

Attestatsız şəxsin məktəb direktorunun müavini təyin edilməsilə bağlı araşdırma aparılır

Bakıda attestatsız şəxsin məktəb direktorunun müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparılır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib: “2004-cü ildə 3 nömrəli tam orta …

Read More »

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun görüşləri keçiriləcək

Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər …

Read More »

Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh …

Read More »

Rusiyanın Bryansk şəhərində neft bazasında yanğın olub

Ukraynadan 100 km məsafədə yerləşən Rusiyanın Bryansk şəhərində neft bazasında yanğın olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirlik yanğının səbəblərini açıqlamayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Daha öncə sosial şəbəkələrdə şəhər sakinləri bir neçə partlayış səsinin eşidildiyini, ardınca yanğının başladığını bildiriblər. Xatırladaq ki, aprelin əvvəlində Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərində neft anbarı …

Read More »

Rusiyaya qarşı altıncı sanksiyalar paketi neft idxalına məhdudiyyəti əhatə edə bilər

“Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının altıncı paketi bu və ya digər formada Rusiya neftinin idxalına məhdudiyyətləri əhatə edə bilər, lakin bu, ittifaqın üzv ölkələrinə dəyən ziyanı minimuma endirəcək şəkildə hazırlanmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidentinin müavini Valdis Dombrovskis “The Times”a müsahibəsində söyləyib. “Biz altıncı sanksiyalar paketi üzərində işləyirik və nəzərdən keçirdiyimiz məsələlərdən biri neft embarqosunun hansısa formasıdır. …

Read More »

QHT qaziləri təltif etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin son tədbirini keçirdi. “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin son tədbirində icra olunan layihənin iştirakçıları, jurnalistlər …

Read More »

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin fəal iştirakçıları ilə tədbir keçirildi

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin fəal iştirakçıları ilə  tədbir keçirildi. Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsini icra edir.   “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbiri 23 aprel 2022-ci ildə  Bakı şəhərində Azərsu ASC-nın inzibati binasında keçirildi. Tədbirdə Vətən müharibəsi qaziləri, QHT sədrləri, jurnalistlər və digər qonaqlar iştirak edirdilər. Layihə …

Read More »