Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, görüş mayın 2-də Brüsseldə keçiriləcək. Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlər, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəklər. Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin …
Read More »Monthly Archives: Aprel 2022
Zakir Həsənov Ramazan bayramı münasibətilə şəxsi heyəti təbrik edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətlərinizdə uğurlar arzulayıram. İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində …
Read More »Qırğızıstanın yeni xarici işlər naziri təyin edilib
Qırğızıstan Prezidenti Sadır Japarov Jeenbek Kulubayevin xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Aprelin 22-də Japarov Ruslan Kazakbayevi xarici işlər naziri vəzifəsindən azad edib. Sabiq nazir iki dəfə xarici siyasət idarəsinə rəhbərlik edib. Birinci dəfə – 2010-2012-ci illərdə, ikinci – 2020-ci ildən 2022-ci ilə qədər. Kazakbayevin …
Read More »Rusiya və Ermənistan XİN başçıları Bakı ilə İrəvan arasında sülh müqaviləsini müzakirə ediblər
Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair fikir mübadiləsi aparıblar. “Regional kontekstdə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il …
Read More »Vilayət Eyvazov Göyçayda əməliyyat müşavirəsi keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 28-də və 29-da Göyçay Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Daxili işlər naziri əvvəlcə ümummilli lider Heydər …
Read More »İstanbulda boya fabrikində yanğında 3 nəfər ölüb – PARTLAYIŞ ANI – VİDEO
İstanbulda boya fabrikində baş vermiş yanğında üç nəfər ölüb, doqquz nəfər yaralanıb. Boyukmillet.com NTV-yə istinadən xəbər verir ki, Tuzladakı fabrikdə partlayışla müşayiət olunan yanğının nədən baş verdiyi hələlik məlum deyil. Ölənlərin fabrikdə çalışan işçilər olduğu bildirilir. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, bundan əvvəl yanğın nəticəsində 3 nəfərin aqibətindən xəbər olmadığı açıqlanmışdı. *** 15.49 Türkiyənin İstanbul şəhərində …
Read More »XİN başçısı “Cənubi Qafqaz: İnkişaf və Əməksaşlıq” mövzulu konfransda iştirak edib
29 Aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməksaşlıq” mövzusunda beynəlxalq konfransın panel müzakirəsində iştirak edib. Boyukmillet.com xəbər verir ki, nazir Ceyhun Bayramov konfrans iştirakçılarına postmünaqişə mərhələsində bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, Brüsseldə liderlərin …
Read More »Laçında fəhlə minaya düşüb
Laçında fəhlə minaya düşüb. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində …
Read More »Prezident: “Azərbaycan Qarabağın bərpa olunmuş hissəsinə qaz kəməri çəkəcək”
“Azərbaycan Qarabağın hazırda bərpa işlərinin aparıldığı hissəsinə qaz kəməri çəkməyi planlaşdırır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə Qarabağa neft və qaz tədarükünə dair suala cavab verərkən bildirib. Dövlət başçısı bölgədə artıq 20 mVt gücündə elektrik stansiyasının istismara verildiyini, cari ildə daha 25 mVt gücündə stansiyanın istifadəyə veriləcəyini diqqətə …
Read More »Düşənbədə Ceyhun Bayramovla Mirzoyanın görüşü ola bilər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 13-də rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşə bilər. Boyukmillet.com xəbər verir ki, görüşün MDB XİN başçılarının Tackistanın paytaxtı Düşənbədə keçiriləcək iclası çərçivəsində baş tutması ehtimal olunur. Qeyd edək ki, bu gün S.Lavrovla A.Mirzoyan arasında telefon danışığı olub. Tərəflər sərhədlərin demarkasiyası və delimitasiyası üzrə üçtərəfli komissiyasının fəaliyyətini müzakirə ediblər.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar