Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına …

Read More »

Ombudsman: “Başlıbel qətliamının təqsirkarları tezliklə ədalət mühakiməsi qarşısında cavab verəcəklər”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb. “Bu gün Başlıbeldə qətliam törədilməsindən 29 il ötür. Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı, deportasiya, etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilməklə soyqırım cinayətinin qurbanına çevrilmişdir. Ermənistan tərəfindən insanlıq əleyhinə yönəlmiş, kütləvi qırğınlarla nəticələnən müharibə cinayətlərindən …

Read More »

“Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminar keçirilir

Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlara başlanılıb. MEDİA Agentliyi və “ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarlar dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün nəzərdə tutulub. Seminarın açılış mərasimində çıxış edən “ADA” Universitetinin İnkişaf …

Read More »

Sabah Bakıda 19 dərəcə isti gözlənilir

Aprelin 19-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. …

Read More »

Ombudsman Başlıbel faciəsinin ildönümü ilə bağlı açıqlama yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb. Ombudsman Aparatından  verilən xəbərə görə, açıqlamada bildirilib ki, Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı, deportasiya, etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilməklə soyqırımı cinayətinin qurbanına çevrilib: “Ermənistan tərəfindən insanlıq əleyhinə yönəlmiş, kütləvi qırğınlarla nəticələnən müharibə cinayətlərindən …

Read More »

Kəlbəcərdə 20 nəfəri daşıyan avtobusun yolunun üzərində mina aşkarlanıb – VİDEO

Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb. Boyukmillet.com xəbər verir ki, mina Müdafiə Nazirliyinin minaaxtaran hərbçilərinin peşəkarlığı və sayıqlığı nəticəsində aşkar olunub. Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfər iştirak edirmiş. Heyəti daşıyan avtobus yolunun üzərindəki …

Read More »

Ana və oğulu bıçaqlayıb özünə xəsarət yetirdi

Lənkəranda ana və oğulu bıçaqlayan şəxs sonda özünə də xəsarət yetirib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında rayonun Separadi kəndində yerləşən fermalardan birində baş verib. Rayonun Tükəvilə kənd sakini 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermaya gələrək həyətdə gizlənib. Bir müddətdən sonra Firqət …

Read More »

Qırğızıstan Prezidenti Azərbaycana gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Qırğızıstan Respublikası Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev deyib. Onun sözlərinə görə, səfər 19-20 aprel tarixlərində baş tutacaq. Qırğızıstan Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan və Qırğızıstan dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəklər. …

Read More »

Bu il neft ixracından gəlirlərimiz 38% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricə 3 680 031,85 min ABŞ dolları dəyərində 5 887 523,51 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu barədə Boyukmillet.com -Economics Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir. Məlumata görə, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 16,5% azalsa da, dəyəri …

Read More »

Təqaüdçülərin pulunu oğurlayan şəxslər tutulub – VİDEO

Kartdan pul çıxarmaq üçün onlardan kömək istəyən təqaüdçülərin pulunu oğurlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, paytaxtın Nizami rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Bu barədə kart sahibi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda …

Read More »