Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

İstixanada narkotik yetişdirən Salyan sakini saxlanılıb – FOTO

Həyətində olan iki istixanada narkotik tərkibli bitkilər yetişdirən Salyan rayon sakini saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumi çəkisi …

Read More »

Lənkəranda ana ilə oğul bıçaqlanıb

Lənkəranda ana və oğlu bıçaqlayan şəxs sonda özünə də xəsarət yetirib. Boyukmillet.com xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında rayonun Separadi kəndində yerləşən fermalardan birində baş verib. Rayonun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermaya gələrək həyətdə gizlənib. Bir …

Read More »

Şuşada Zəfər Qurultayı keçiriləcək

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə …

Read More »

Füzulidə xeyli silah-sursat aşkarlanıb – FOTO

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə yetirilir.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində keçirdikləri növbəti tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib. Tapılan 9 avtomat, 1 …

Read More »

Türkiyə PKK-ya qarşı yeni antiterror əməliyyatına başlayıb

Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit” əməliyyatına başladığını açıqlayıb. Nazri əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirib: “Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə …

Read More »

Zelenski və BVF rəhbəri Ukraynada müharibədən sonrakı yenidənqurmanı müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva ilə telefon danışığı aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna lideri tviter hesabında paylaşım edib. Tərəflər Ukraynanın müharibədən sonrakı yenidən qurulmasını müzakirə ediblər. Zelenski qeyd edib ki, artıq bu məsələlərlə bağlı aydın planlar var. O, Ukrayna ilə BVF arasında əməkdaşlığın bundan sonra da səmərəli olacağına əmin olduğunu …

Read More »

Bu gün Başlıbel faciəsinin ildönümüdür

Bu gün Başlıbel faciəsinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Kəlbəcərin işğzalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 29 il ötür. 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya …

Read More »

Hüseyn “Park Bulvar”ı “partlatdı” – Niko, Semka, Ləman və Səfərdən nə gözləyək?

Tanınmış jurnalist Məhəmmədəli Qəribli bu gün bloger Hüseyn Həsənovla görüşdə baş verən hadisə ilə bağlı öz facebook hesabında paylaşım edib. Boyukmillet.com sözü gedən paylaşımı sizlərə təqdim edir: Ölkəmizdə sosial media fenomenlərinə simpatiyanın yaranması təbiidir. İstənilən cəmiyyətdə və iqtisadi formasiyada kütlə özünə lider, qəhrəman, kumir axtarışında olur. Bizdə YAP digər siyasi partiyaları noqdaun vəziyyəti saldığı üçün, gənclər siyasətə meyl etmir. Bilirlər …

Read More »

Ersin Tatar: “Anastasiadisin yanaşması regional və qlobal sabitliyə xidmət etməyəcək”

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Kipr rum administrasiyasının rəhbəri Nikos Anastasiadisin faktları təhrif edən və məntiq səhvləri ehtiva edən yanaşmasının Ukrayna ilə Rusiya arasındakı müharibədən öz siyasi məqsədləri üçün istifadə etməklə dolu olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, Prezident Tatar, “Belə bir yanaşmanın regional və qlobal sabitliyə xidmət etməyəcəyi açıqdır” deyib. Prezident Tatar verdiyi yazılı açıqlamada rum …

Read More »