Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları məlum olub – SİYAHI

Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərov, onun birinci müavini olmuş Tacəddin Novruzov və İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olmuş Natiq Kərimovun müsadirə edilən əmlaklarının siyahısı məlum olub. Boyukmillet.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, həmin şəxslərin bir neçə əmlakı xüsusi müsadirə edilərək məcburi …

Read More »

Allahşükür Paşazadə: “Türkdilli xalqların mənəvi birliyini yaratmaq bizim borcumuz idi”

“Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birliyi yarandıqdan sonra mənəvi birliyə böyük ehtiyac duyulurdu. Çünki qlobollaşma dövründə dini, dili, tarixi bir olan türkdilli ölkələrin, xalqların birliyini yaratmaq bizim borcumuz idi. Bu istiqamətdə artıq uzun zamandır işlər gedirdi. Sevindirici haldır ki, türkdilli dövlətlərin və onların liderlərinin birliyinin yaranması, bizim də mənəvi birliyimizin formalaşmasına təkan verib. Əsas məsələlərdən biri isə budur ki, dövlət …

Read More »

Zelenski: “Sülhün başlanması birbaşa Ukraynaya verilən dəstəyin miqdarından asılıdır”

“Sülhün başlanması birbaşa Ukraynaya verilən dəstəyin miqdarından asılıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi videomüraciəti zamanı deyib. Prezident Rusiya ilə Ukrayna arasında müharibənin bitməsinin hansı amillərdən asılı olduğunu sadalayıb. “Bəziləri bunun bir neçə həftə, bəziləri isə bir neçə il çəkəcəyini deyir. Əlbəttə, müxtəlif proqnozlar eşidirəm, məndə bəzi KİV-lərin Rusiya ordusunun niyyətləri və imkanları, iqtisadiyyatının potensialı, cəmiyyətin …

Read More »

Bakı sakini döyülüb

Boyukmillet.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisində 3 nəfərin xuliqanlıq zəminində qəsəbə sakini R.Süleymanovu döymələri barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin R.Süleymanovu döyərək 500 manat …

Read More »

Rauf Qurbanov: “Zelenski hakimiyyəti kapitulyasiyaya imza atdıqdan, denasifikasiyadan sonra rus ordusu oradan çıxacaq”

Rusiyanın “Z” ordusu 50 gündür ki, Ukraynada “xüsusi əməliyyat” adlandırdığı müharibəni davam etdirir. Bu münaqişənin başlama səbəbləri müxtəlifdir: NATO-nun şərqə doğru genişlənmək planı, Ukraynanın alyansa üzvlük niyyəti, Rusiyanın xəbərdarlıqları, Putin hakimiyyətinin bu ölkədə neonasistlərin olduğunu söyləməsi və denasifikasiya, demilitarizasiya əməliyyatları apardığını deməsi və s. Reallıq budur ki, müharibənin hələ ki qalibi yoxdur, şəhərlər dağılıb, minlərlə insan həyatını itirib, yüzlərlə uşaq …

Read More »

Şəhid jurnalistin övladı: “Atamın doğum günündə bizimlə birgə olmasını istəyirəm”

Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsində savaş yalnız döyüş meydanında getmirdi. Sözsüz ki, torpaqlarımızın azadlığı uğrunda aparılan haqq mübarizəsində əsas yük qəhrəman hərbçilərimizin çiyinlərinə düşmüşdü, amma bu, kifayət deyildi, onların gördüyü işi xalqa və dünyaya çatdırmaq, onlara mənəvi dəstək olmaq lazım idi. Savaş həm də informasiya cəbhəsində gedirdi və heç də asan deyildi. Ermənilər və onun havadarları 30 ildə …

Read More »

Azərbaycan Gürcüstanla aksiz vergisinin bərabərləşdirilməsini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə azərbaycanlı nazir məlumat verib. “Ölkələrimiz arasında ticarət əlaqələrinin genişdirilməsi, investisiya sahəsində əməkdaşlığın inkişafı, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası barədə fikir mübadiləsi apardıq”, – deyə o, qeyd edib.

Read More »

Vüsal Quliyev:  44 günlük Vətən müharibəsi dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu

Aprelin 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib.Boyukmillet.com xəbər verir ki, konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu, Müzəffər Ali …

Read More »

MƏNSİMOVUN “ƏLİKRAMÇILAR”LA KƏSİŞƏN YOLU – Mirzəlini maliyyələşdirənlərin Mənsimovun masasında nə işi var? (FOTOLAR)

Avropada fəaliyyət göstərən azərbaycanlı siyasi fəalların tərkibi bircins deyil. Onların arasında səmimi olaraq Azərbaycanın daha demokratik, insan haqlarının və siyasi azadlıqların qorunduğu, korrupsiyanın, özbaşınalıqların olmadığı daha güclü, demokratik bir ölkəyə çevrilməsində maraqlı olanlar kimi, Azərbaycana düşmən mövqedə duran beynəlxalq mərkəzlərə, güclərə, ayrı-ayrı dövlətlərə, hətta Ermənistana belə xidmət edənlər də var. Elə ən səviyyəsiz, tərbiyə və əxlaqdan uzaq “bloqerlər” və “siyasi …

Read More »

Zelenski: “Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır”

“Bütün dünya ölkələri Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Zelenski qeyd edib ki, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadə edə bilər. “Tək mən yox, bütün dünya, bütün ölkələr kimyəvi silahın istifadəsindən narahat olmalıdır. …

Read More »