Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

ABŞ Azərbaycan və Ermənistana köməyə hazır olduğunu bildirib

ABŞ hərtərəfli sülhə nail olmaq üçün ATƏT-in Minsk qrupu vasitəsi ilə Azərbaycan və Ermənistana kömək etməyə hazırdır. Boyukmillet.com-un TASS-a istinadla xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.“Biz Cənubi Qafqazın təhlükəsiz, demokratik və çiçəklənən gələcəyi üçün səylərimizə sadiqik. Biz aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü, o cümlədən sərhədlərin delimitasiyası üşün ikitərəfli …

Read More »

Ukrayna ordusu 6 hücumu dəf edib

Ukrayna silahlı qüvvələri sutka ərzində Rusiya ordusunun 6 hücumunu dəf edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayan silahlı qüvvələrinin Deysbuk səhifəsində məlumat verilib. Qeyd olunub ki, ukraynalı hərbçilər sutka ərzində 4 tank, 6 BTR və 1 artilleriya sistemini məhv ediblər.

Read More »

Bakıda yeniyetməyə iki bıçaq zərbəsi vurulub

Bakının Suraxanı rayonunda küçədə 16 yaşlı şəxs bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib. Küçədə 2006-ci il Mustafayev Hüseyn Pərviz oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı ona döş qəfəsinə və qarın boşluğuna bıçaq xəsarətləri yetirilib. Yaralı 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Hazırda cərrahi əməliyat aparılır. Pasientin vəziyyəti ağır qiymətləndirilir. Fakt araşdırılır.

Read More »

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Telman Adıgözəlovun anım günüdür

Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C. Məmmədquluzadənin “Dəli yığıncağı”nda Zəncirvuran, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında Daşdəmir, “Mahnı dağlarda qaldı”da …

Read More »

Xarkovda Azərbaycanın fəxri konsulu və Ukraynanın Mədəniyyət və informasiya siyasəti naziri arasında GÖRÜŞ – FOTO

Xarkov şəhərində Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov və Ukraynanın Mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko arasında görüşü keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş Axtırka şəhərinin atəşə tutulmasından zərər çəkmiş Diyarşünaslıq Muzeyinin binasının qarşısında baş tutub. Muzeyin ekspozisiyasında Sovet İttifaqı Qəhrəmanı Müseyib Bağırovun şəxsi əşyaları təqdim olunur. O, Axtırkanı 1943-cü ildə faşist işğalçılarından azad edilməsində qəhramanlıq nümayiş etdirib. Əfqan …

Read More »

Mingəçevirdə 25 yaşlı qadın qətlə yetirilib

Mingəçevirdə qətl hadisəsi baş verib. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Sənaye parkı” adlanan ərazisində qeydə alınıb. 25 yaşlı qadının bıçaqla qətlə yetirildiyi bildirilir. Təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Məhərrəmov Yasin Məhərrəm oğlu saxlanılıb. Qətlə yetirdiyi qadının onun keçmiş həyat yoldaşı olduğu deyilir.

Read More »

SHXÇDX hərbçilərinin geyim forması və fərqləndirmə nişanları haqda Əsasnamə təsdiqlənib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Eyni zamanda, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqləndirmə nişanlarının təsvirləri də təsdiqlənib. Nazirlər Kabineti Azərbaycan Respublikasının …

Read More »

Azərbaycanın 2 boksçusu Avropa birinciliyinə qələbə ilə başlayıb

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, 8 gün davam edəcək yarışın ilk gününün gündüz seansında Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Komandamızın heyətində ilk olaraq mübarizəyə Daniel Xolostenko qoşulub. 71 kq çəki dərəcəsində qüvvəsini sınayan ölkə çempionu Andrey Osiyevsçi (Moldova) ilə gücünü yoxlayıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi …

Read More »

Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 440 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə …

Read More »

Makron Ukraynadakı hadisələri soyqırımı adlandırmamasının səbəbini Zelenskiyə izah edib

Aprelin 14-də səhər saatlarında Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Emmanuel Makron “France Bleu” radiosuna deyib. O deyib ki, Zelenskiyə Ukraynadakı hadisələri niyə soyqırımı adlandırmaqdan imtina etdiyini izah edib. “Mən bu səhər – bura gəlməmişdən əvvəl artıq onunla danışmışam. Bu axşam onunla yenidən danışmağı planlaşdırıram”, – prezident …

Read More »