Moldova Rusiyadan qaz nəqlini dayandırmağa hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “Rlive” telekanalında bildirib. Sandu deyib ki, hökumət qazsız qalmaq riskindən xilas olmaq istəyir. “Əsas məsələ yanacağın qiymətidir, çünki regiondakı vəziyyətlə əlaqədar xeyli bahalaşıb. Əgər “Qazprom” tədarükünü dayandırsa, o zaman bizim Rumıniyadakı anbarlarda ehtiyatlarımız var. Üstəlik, qazın bir hissəsini bazardan ala bilərik, lakin qiymət çox …
Read More »Monthly Archives: Aprel 2022
Kəmaləddin Heydərov: “İlkin ehtimala görə, “Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb”
“Azərsun Sənaye Parkı”nda yanğın 5 min kvadrat metr ərazini əhatə edib. Boyukmillet.com xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, hazırda 4 min kv. metr ərazidə yanğın söndürülüb. K.Heydərov əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin və texnikasının cəlb edildiyini bildirib. “Yanğın sahəsinin kənarında karton tullantılar var. İlkin ehtimal olunan variant budur ki, yanğın …
Read More »Ermənistanda əsgər hərbçi yoldaşı tərəfindən güllələnib
Ermənistan ordusunun əsgəri hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib. Boyukmillet.com xəbər verir ki, hadisə dünən saat 19:20 radələrində baş verib. Belə ki, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sanoyan hərbçi yoldaşı tərəfindən güllələnib. Sanoyan xəstəxanaya aparılarkən yolda ölüb. Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Read More »Azərbaycanlı yazar Türkiyəli həmkarı ilə görüşüb
Bu gün Astola Oteldə yazar Etibar Həsənzadə ilə “İmanlı Vatan Evladı” dərnəyinin sədri Mustafa Nazilli və müavini İbrahim Keskin bəy görüşüblər. Boyukmillet.com xəbər verir ki, görüş zamanı Mustafa Nazilli, Etibar Həsənzadəyə hədiyyələr təqdim edib. Daha sonra isə xatirə şəkilləri çəkdiriblər. Qeyd edək ki, bu haqda məlumatı yazar öz facebook hesabında paylaşıb. Ayna Fərhad
Read More »Quterreş Zelenski ilə keçirdiyi görüşün detallarını açıqlayıb
BMT baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların detallarını açıqlayıb. Quterreş Ukrayna lideri ilə Mariupoldan təxliyə ilə bağlı intensiv müzakirələr apardığını bildirib. “Biz insanların Azovstaldan təxliyəsi üçün əlimizdən gələni edirik”, – BMT baş katibi deyib. Dünya təşkilatının rəhbəri Mariupoldakı vəziyyəti böhran daxilində böhran adlandırıb. Xatırladaq ki, aprelin 28-də BMT baş katibi Antoniu Quterreş dağıdılmış Borodyankaya …
Read More »Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının …
Read More »DİN: Sumqayıtda yanğın olan ərazidə partlayıcı maddələr təhlükəsiz yerə daşınıb, işçilər təxliyə olunub
Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər. Hazırda polis əməkdaşları …
Read More »NATO: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik
NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib. Görüşdə tərəflər Azərbaycan və NATO arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov Azərbaycanın NATO ilə qarşılıqlı maraqlar və bərabərhüquqluluq əsasında tərəfdaşlığın davam etdirildiyini qeyd edib, xüsusilə …
Read More »Rumıniya parlamentinin nümayəndə heyəti Şuşada olub
Ölkəmizdə səfərdə olan Rumıniya Parlamentinin Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Kristian İvanutsanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 28-də Şuşa şəhərində olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Şuşada qonaqlar Qala divarları, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidləri ilə tanış olublar, Cıdır düzünə və Şəhər meydanına baş çəkiblər. Rumıniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində …
Read More »Bakının yeni prokuroru kollektivə təqdim edilib
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokurorun müavinlərinin, mərkəzi aparatın idarə, şöbə rəislərinin, həmçinin Bakı şəhər prokurorluğunun rəhbər işçilərinin və tabe rayon prokurorlarının iştirakı ilə şəhər prokuroru vəzifəsinə təyin olunmuş Elşən Abbasovun kollektivə təqdim edilməsi münasibətilə geniş əməliyyat müşavirəsi keçirilib. Boyukmillet.com xəbər verir ki, əməliyyat müşavirəsində çıxış edən Kamran Əliyev ölkə Prezidentinin hərtərəfli düşünülmüş dövlət idarəçiliyi, səriştəli daxili və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar