Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazirlər mülki vətəndaşların təxliyəsi barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, daha əvvəl H.Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
Read More »Monthly Archives: Aprel 2022
İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Zakir Həsənov Kəlbəcər və Laçında ordunun döyüş qabiliyyətini yoxlayıb
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş mövqelərinə baxış keçirib, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət …
Read More »Kəlbəcər və Laçında yeni hərbi obyektlər tikilir
Kəlbəcər və Laçın rayonlarında yeni hərbi obyektlər tikilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb. Nazir tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu …
Read More »Bakıda yol qəzası olub, xəsarət alanlar var
Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Ziya Bünyadov prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq maneələrə çırpılıb. Hadisə zamanı 25 yaşlı Şahmar Fətullayev və 27 yaşlı Gözəlov Ramin Rəhim oğlu xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. R.Gözəlovun vəziyyəti ağır olduğundan o, reanimasiya …
Read More »Zelenski: “Dünya müharibənin tez bitməsini istəyirsə, bizə silah verməlidir”
“Dünya müharibənin daha tez bitməsini istəyirsə, onda bizə silah verməlidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodmir Zelenski Hindistan mətbuatına verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, dünya liderlərinin Ukraynaya silah ötürməməsi müharibənin uzanmasına səbəb ola bilər. “Təslim olmaq fikrində deyilik, lakin ağır silahlar olmadan bu proses uzun çəkəcək. Biz cavab verəcəyik, texnikanı təmir edəcəklər, ordu quracaqlar, yenidən bizə …
Read More »Ağdaban soyqırımından 30 il ötür
Bu gün Ağdaban soyqırımının ildönümüdür. Boyukmillet.com xəbər verir ki, soyqırımın baş verməsindən 30 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. …
Read More »Əliyevdən Brüssel görüşü haqda İLK MÜHÜM AÇIQLAMA
“Ermənistanla sülh müqaviləsi üzərində iş hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında aparılacaq”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib. Dövlət başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında …
Read More »“Qüdrət Həsənquliyevin bizneslə məşğul olduğunu bütün ölkə bilir” — Deputat şərikinin mediaya basqısı etiraz doğurur (AÇIQLAMA)
Məlum olduğu kimi, deputat Qüdrət Həsənquliyevin biznes şəriki olan, salyanlı iş adamı Oqtay Abuzərov “Demokrat.az” saytını yenidən məhkəməyə verib. İş hazırda Bakının Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Sözügedən iş adamı cari ilin fevral ayında da saytımızın Baş redaktoru Vasif Həsənliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Həmin iddia ərizəsində iş adamı Baş redaktorun həbsini tələb edirdi. Məhkəmə iddianın baxışa təyin edilməməsilə bağlı …
Read More »Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb
Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT Baş Assambleyası qətnamə qəbul edib. Məlumata görə, 93 ölkə qətnamənin lehinə, 24 ölkə isə sənədin əleyhinə səs verib. 58 ölkə bitərəf qalıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar