Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Prezident: “Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır”

“Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır. İtaliyanın Cənub Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır. Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 2-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Əminəm ki, bu il İtaliyaya …

Read More »

Nazir: Kanada Azərbaycanın ərazi bütövlüyünü və Xocalı qətliamını faciə kimi tanıyır

Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır və həyatını itirənləri və davam edən iztirabları böyük hüznlə yad edir. Kanada Xocalı qətliamı kimi faciəli mülki insan itkisinin heç vaxt təkrarlanmaması uğrunda qətiyyətlə çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Kanadanın xarici işlər naziri Melani Jolinin bu ölkədəki azərbaycanlı icmanın yerli hökumətə ünvanladığı petisiyaya cavabında yer alıb. “Kanada BMT Təhlükəsizlik Şurasının …

Read More »

Zelenski: “NATO bizi qəbul etmək istəmir”

Ukraynada müharibənin bitmə vaxtını proqnozlaşdırmaq çətindir və bu, “dərin, ağrılı məsələdir”, lakin xalq qələbədən başqa heç bir başqa nəticəni qəbul etməyəcək. Boyukmillet.com xəbər verir ki, bunları ”Fox News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Aparıcının prezidentin sülh sazişinin imzalanması naminə Rusiyaya ərazi güzəştlərinə hazır olub-olmaması ilə bağlı sualını cavablandıran Zelenski bunun baş verməyəcəyini deyib. “Biz ərazimizlə alış-veriş etmirik. Ərazi bütövlüyü və suverenlik …

Read More »

Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür

Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 6 il ötür. Belə ki, 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə …

Read More »

Prezident İlham Əliyev Vahid Əhmədovu təltif edib

Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, V.Əhmədov Milli Məclisin deputatıdır. Sabah onun 75 yaşı tamam olur.

Read More »

Azərbaycanda daha 47 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 791 979 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 938 nəfər müalicə olunaraq sağalıb, 9 694 nəfər vəfat edib. 347 nəfər aktiv xəstə sayını təşkil …

Read More »

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayıb

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilir. Boyukmillet.com xəbər verir ki, komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb. Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün …

Read More »

Azərbaycan və Niderland diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir

Azərbaycan və Niderland diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında deyilir. “Bu gün Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Niderland Krallığı hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Əməkdaşlığımızın bundan sonra da inkişaf etməsini səbirsizliklə gözləyirik”, – paylaşımda deyilir.

Read More »