Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Ağdamda dörd minadan ibarət tələ-minası aşkarlanıb

Ağdamda dörd minadan ibarət tələ-minası aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib. Bildirilib ki, Ermənistanın quraşdırdığı mina sahələrinin miqyası, kütləviliyi, eləcə də yüksək və ölümcül partlayışın baş verməsi məqsədilə basdırdığı tələ-minaları mülki əhaliyə qarşı yönələn terrorun təzahürüdür. 2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində baş verən hadisə zamanı 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu növbəti mina …

Read More »

Azərbaycanda pensiya ilə bağlı sığorta stajı daha 3 il uzadılır

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha 3 il uzadılır. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir. Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə …

Read More »

Azərbaycanda gömrük orqanları idxala görə ƏDV-ni bir günə büdcəyə ödəyəcək

Azərbaycanda gələn il yanvarın 1-dən gömrük orqanlarının müəyyən etdiyi, aldığı idxala görə əlavə dəyər vergisinin (ƏDV) 1 bank gün ərzində dövlət büdcəsinə ödəməsi nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb. Hazırda qüvvədə olan məcəllədə ödənişin müddəti ilə bağlı tələb yoxdur.

Read More »

Nazir: “Azərbaycanda əhali arasında kəskin respirator virus yayılıb”

“Mövsümü qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə yoxdur”. Boyukmillet.com  xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda Azərbaycanda əhali arasında müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır: “Mövsümü qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə və bu sahədə heç bir problem yoxdur. Tam dəqiq deyə bilməsək də, ümid edirik ki, …

Read More »

DSX-nin əsgəri özünü güllələyib

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. Hazırda …

Read More »

Şimali Koreya ballistik raket buraxıb, Yaponiyada həyəcan siqnalı verilib

Şimali Koreya Yapon dənizinə doğru naməlum ballistik raket atıb. Boyukmillrt.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi cənubi koreyalı hərbçilərə istinadən məlumat yayıb. “Şimali Koreya Şərq dənizi istiqamətinə müəyyənləşdirilməyən ballistik raket atıb”, – məlumatda qeyd olunub. Eyni zamanda Yaponiya KİV bildirib ki, Şimali Koreyanın raketi Sakit okean istiqamətinə Yaponiya üzərindən keçib. Hadisə ilə bağlı adanın həmin ərazisində hava həyəcanı siqnalı …

Read More »

Azərbaycan səfirliyi Ukraynadakı mövcud durumla bağlı vətəndaşlara müraciət edib

Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynadakı mövcud durumla bağlı vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat paylaşılıb. “Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 saylı 18 oktyabr 2022-ci il tarixli Qərarı ilə əlaqədar səfirliyin konsulluq şöbəsinin iş qrafikində keçici dəyişiklik edilmişdir. Konsulluq qəbulu 6, 7, 8 noyabr 2022-ci il …

Read More »

Unudulmazlar: Zəfər tarixini yazanları yaşatmaq borcu

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan Azərbaycan 30 illik işğal nəticəsində dağıdılan ərazilərin bərpası istiqamətində iqtisadi layihələrin, eyni zamanda, şəhid ailələri, müharibə əlilləri və iştirakçıların üçün müxtəlif genişmiqyaslı sosial proqramların icrasına başladı. Ərazilərin işğaldan azad edilməsindən az müddət keçməsinə baxmayaraq həmin ərazilərin bərpası istiqamətində geniş miqyaslı işlər həyata …

Read More »

Rusiya nüvə silahından istifadə edəcəyinə dair iddialara münasibət bildirib

“Rusiya nüvə müharibəsinin yolverilməzliyi postulatını rəhbər tutur”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilib ki, Rusiya yalnız kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq və ya dövlətin mövcudluğuna təhdid yarandıqda bu silahdan istifadə edə bilər. Kreml həmçinin nüvə “beşliyi” ölkələrini təxribatlardan çəkinməyə çağırıb.

Read More »

Azərbaycan QHT-ləri Ermənistanın törətdiyi mina terrorunu qınayıb

“2020-ci il Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizin mülki şəxslərini hədəfə alan və Ermənistan tərəfindən törədilən mina terroru bu gün də davam etməkdədir”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər Azərbaycanın qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı bəyanatında əksini tapıb. Qeyd olunub ki, Ermənistan bütün tarixi dövrlərdə Azərbaycanın mülki əhalisinə münasibətdə beynəlxalq hüququn prinsip və normalarına qarşı hərəkət edib. “Onlar istər …

Read More »