Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Partiya sədrinin müavini istefa verdi

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov partiyadan və tutduğu vəzifədən istefa verib. Boyukmillet.com xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb: “Əziz dostlar, hörmətli media nümayəndələri. Nəzərinizə çatdırıram ki, bu gün Ana Vətən Partiyasından istefa ilə bağlı qərar verdim. İstefamın səbəbi bundan sonra heç bir təşkilatın nizamnaməsi ilə məhdudlaşmayan, müstəqil siyasətçi olaraq fəaliyyətimi davam etdirmək niyyətimdir. Necə deyərlər, …

Read More »

Vətən müharibəsi iştirakçısına vəzifə verilib

Vətən müharibəsi iştirakçısı Yusif Hacıyev Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi vəzifəsinə təyin edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Qeyd edək ki, Hacıyev Yusif Faiq oğlu 1988-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetini bitirib. Y.Hacıyev bundan əvvəl RİH-də baş mütəxəsis vəzifəsində çalışıb. O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

Read More »

Bakıda 29 il əvvəl törədilmiş qətlin üstü açılıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən birgə həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 29 il əvvəl törədilərək bağlı qalan xüsusilə ağır cinayətin açılması təmin olunub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə hər iki qurumun birgə məlumatında bildirilib. Belə ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzilində odlu silahdan açılmış atəş nəticəsində güllə xəsarətləri ilə meyitinin aşkar edilməsi …

Read More »

Şeyxülislam İranın əsl qiymətini verdi: “Qardaşım məni erməniyə satdı”

“Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər hətta təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə xeyir-dua verir. Bu nəyə xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim. Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda …

Read More »

Cümhuriyyət necə elan olundu?

edəcək, baş nazir isə öz nazirlərini seçib prezidentin təsdiqinə təqdim edəcəkdi. Bu təcrübə ilə Parlament İdarəetmə Sistemi əvəzinə parlament rejiminə keçildi. MİLLİ BAYRAM KİMİ QEYD EDİLMƏYƏ BAŞLADI İlk hökuməti qurmaq İsmət İnönüyə həvalə edilərkən, Fəthi Okyar Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. Oktyabrın 29-dan 30-na keçən gecə türk xalqı Cümhuriyyətin elan olunmasını qeyd etdi. 26 oktyabr 1924-cü ildə dərc edilən …

Read More »

“Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür” – Cahit Bağçı

“Türkiyə haqlı davasında olduğu kimi torpaqlarını işğaldan azad edəndən sonra da Qarabağın bərpa və quruculuğunda da Azərbaycanın yanındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “Cümhuriyyət Bayramı”nda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. “Türkiyə bütün imkanları ilə hər sahədə ən öndə olan ölkədir. Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür. Beynəlxalq aləmdə tayı olmayan qardaşlığı isə sarsılmazdır. …

Read More »

Vüsal Quliyev İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətini nəzərə çatdırıb

Zəfər Forumunun növbəti ünvanı oktyabrın 27-də Ağdam rayonu olub. Forumda Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Vüsal Quliyev rəşadətli ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və …

Read More »

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Azad Hümmətov, İman Məmmədzadə, Bəhram Məmmədzadə, Nicat Qarazadə, Ülvi Rəfiyev, Toğrul Atakişiyev, Məhəmməd İsmayılzadə və Vaqif İsmayılzadənin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, …

Read More »

Ermənistanda ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, ölən var

Ermənistanda orduda xidmət etmək üçün ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, bir hərbçi ölüb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. İlkin məlumata görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatdan çağırılan Misak Petrosyanla mübahisə edib. Mübahisə zəminində o, hərbçi yoldaşına avtomatdan atəş açaraq, başına xəsarət yetirib. …

Read More »