Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Türkiyə PA rəsmisi: “Qarabağ savaşında jurnalistlər qara piarın qarşısını aldı”

“Azərbaycanın torpaqlarının işğal olunmasında mətbuat nümyəndələri qara piarın qarşısıını aldı”. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib. O bildirib ki, həmin vaxt jurnalistlər nümunə oldular: “Ölkəmizin terrorla mübarizəsində, Qarabağ savaşında və Şərqi Avropadakı böhranda jurnalistlərin rolunu gördük”.

Read More »

Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.

Read More »

Bakı metrosunun 55 illiyinə həsr olunmuş sərgi açılıb

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Boyukmillet.com xəbər verir ki, “Bakı metropoliteni-55. Yolları qovuşduran illər” adlanan sərginin təşkilatçıları Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Kino-Foto Sənədləri Arxividir. Sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkil təqdim olunub. Hər stenddə onillik üzrə təqdim olunan metropolitenin tarixi …

Read More »

Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir. Plana uyğun olaraq hərbi qulluqçulara mühəndis-istehkam hazırlığı üzrə partlayıcı qurğuların xüsusiyyətləri, həmçinin onlardan istifadə qaydaları nəzəri və praktiki şəkildə öyrədilir. Bundan başqa, kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir. “Dəniz təməl komando kursu”nu …

Read More »

Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədi boyu ilk şərti patrul xidmətinə gediblər

Avropa İttifaqının (Aİ) müşahidəçiləri İrəvana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədi boyunca ilk şərti patrul xidmətinə gediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi tviterdə məlumat yayıb. Bildirilib ki, missiyanın işi iki ay üçün nəzərdə tutulub: “Növbəti iki ay ərzində Aİ-nin Müşahidə Missiyası etimad mexanizmlərini gücləndirmək və sərhəd komissiyalarının işinə töhfə vermək üçün Ermənistan tərəfdən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparacaq”. Xatırladaq ki, …

Read More »

Azərbaycan XİN İrana terror aktı ilə bağlı başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib. Bu barədə Boyukmillet.com XİN-in tviter hesabına istinadən xəbər verir. “İranın Şiraz şəhərindəki Şah Çeraq məscidində baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, – …

Read More »

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 1,76 % artaraq 96,73 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin dekabr fyuçersləri 95,90 ABŞ dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda …

Read More »

İŞİD İranda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması İranda ötən gün törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.Bu barədə Boyukmillet.com “Le Figaro”ya istinadən xəbər verir.Təşkilatın yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları ölkənin cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.Son məlumatlara görə, terror aktı nəticəsində onlarla insan həlak olub və yaralanıb.Daha əvvəl İranın bir sıra mətbu orqanlarından bəziləri terror aktında xarici ölkə vətəndaşının iştirak etdiyini bildiriblər. …

Read More »

Türkiyə Silahlı Qüvvələri şəhid verib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında keçirilən “Pənçə-Kilit” əməliyyatında şəhid verib. Boyukmilet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, dünən – oktyabrın 26-da terrorçularla döyüşdə yaralanan Faim Bozkurt yerləşdirildiyi xəstəxanada bu gün şəhid olub.

Read More »