Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azad edilmiş ərazilərdə daha 89 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 89 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 28 mina və 367 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.Nəticədə 381 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »

Yük avtomobillərinin paytaxta girişi məhdudlaşdırılır

Yük avtomobillərinin paytaxta girişi məhdudlaşdırılır. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. “Son vaxtlar Bakı şəhərində yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması və mövcud vəziyyətin optimallaşdırılması ilə əlaqədar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, yolların buraxılış imkanlarının artırılması, əhalinin nəqliyyat təminatının yaxşılaşdırılması və yol hərəkətinin təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədilə Azərbaycanın Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi …

Read More »

Türkiyə səfirinin erməni terrorçuları tərəfindən öldürülməsinin ildönümüdür

Türkiyənin Parisdəki səfiri İsmayıl Erez və sürücüsü Talip Yenerin erməni terrorçuları tərəfindən şəhid edilməsinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, hadisədən 47 il ötür. Diplomat və sürücüsü 1975-ci ildə səfirlik binasının yaxınlığında pusquya salınıb. İ.Erezə 5 dəfə atəş açılmış, sui-qəsdi həyata keçirənlər tapılmamışdı. Bir nəfər şübhəli kimi saxnılsa da, sonradan “dəlil çatışmazlığı”na görə sərbəst buraxılmışdı.

Read More »

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Rusiyada terror aktı törətmək istəyən İŞİD üzvləri saxlanılıb

Rusiyanın Pyatiqorsk şəhərində İŞİD terror qruplaşmasının terror aktı cəhdinin qarşısı alınıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb. Qeyd olunub ki, polis idarəsi yaxınlığında terror aktı törətmək istəyən İŞİD üzvləri saxlanılıblar. Məlumata görə, saxlanılanlar əməllərini etiraf ediblər. Terrorçuların yaşayış evlərində axtarış aparılarkən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün əldə etdikləri komponentlər və zədələyici elementlər, montaj …

Read More »

MM-in sədr müavini: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında partiyaların təklifləri əsaslı rol oynayıb”

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında siyasi partiyaların da təklifləri kifayət qədər əsaslı rol oynayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib. “Son illərdə Azərbaycanda sistemli xarakter daşıyan islahatlar keçirilir. Cəmiyyətin bütün sahələrini əhatə edən bu dəyişikliklər ölkə başçısı İlham Əliyevin rəhbərliyi …

Read More »

Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyəyə işgüzar səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək “Saha Expo” sərgisində iştirakı planlaşdırılır.

Read More »

Şimali Koreya Cənubi Koreyanın xəbərdarlıq atəşinə raketlərlə cavab verib

Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyadan gələn xəbərdarlıq atəşinə cavab olaraq reaktiv yaylım atəş sistemindən 10 raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya Xalq Ordusunun Baş Qərargahına istinadən məlumat yayıb.“Koreya Xalq Ordusunun Baş Qərargahı düşmən gəmisini geri çəkilməyə məcbur etmək üçün reaktiv yaylım atəş sistemindən 10 raket atılması əmri verib” – məlumatda deyilir.Qeyd …

Read More »

Məhəmmədəli Qəribli: Babək Səmidlinin yayılan səs yazısı ilə bağı bir çox rəyləri oxudum

Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz facebook hesabında Babək Səmidlinin məlum səs yazısı haqda paylaşım edib. Boyukmillet.com həmin paylaşımı təqdim edir: Babək Səmidlinin səs yazısı Dövlətimizə, Ordumuza və Türkiyəyə qarşı açıq təxribatdır…Babək Səmidlinin yayılan səs yazısı ilə bağı bir çox rəyləri oxudum. Amma görürəm ki, oradakı lazım olan incə bir məqamdan kimsə bəhs etmir. Belə qənaətə gəlmək olar ki, Babək Səmidlinin …

Read More »