Nazim Adil oğlu Səmədov Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »Yearly Archives: 2022
Qazaxıstan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Qazaxıstan səfirliyi Azərbaycanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbukdakı səhifəsində paylaşım olunub. “Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Hər kəsə səmimi qəlbdən sülh, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayırıq!”, – təbrikdə deyilir.
Read More »Avropa İttifaqı Azərbaycanı təbrik edib
Avropa İttifaqı (Aİ) Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib. “Avropa İttifaqının nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və firavanlıq arzulayırıq”, – təbrikdə deyilir.
Read More »Yalan danışan saxtakar İrəvan – Makronu yamsılayan Paşinyan – ŞƏRH
Ermənistan hakimiyyəti və havadarları Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaranmasında maraqlı görünmürlər. Rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi adət halını alıb. Onlar buna Azərbaycan torpaqlarını işğaldan azad etməklə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyəndən vərdişkar olub. Bu gün Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasında özünü canıyanan göstərib gözə soxaraq vasitəçilik sevdasına düşənlər onu beynəlxalq hüququ pozmasına görə cəzalanmasına həmişə göz …
Read More »MN: “Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açmayıb”
“Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”. Bu barədə Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilib. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – nazirliyin məlumatında qeyd olunub.
Read More »Xudafərin körpüsünün işğaldan azad olunmasından 2 il ötür
Bu gün – oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. “Report”un xəbərinə görə, Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 2 il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi – Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan …
Read More »Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Boyukmillet.com xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin …
Read More »“Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib
“Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib.17 oktyabr tarixində Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Ermənistanın Vətən Müharibəsi zamanı Gəncə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib.Konfransda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Gəncə Şəhər İcra Hakimiyyətinin müavini …
Read More »Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa birinciliyində 3 medal qazanıb. Federasiyadan verilən məlumata görə, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 20-yə qədər olan iştirakçılar arasında qüvvəsini sınayıb. O, birdən qaldırmada 120 kq-ı ram edərək, bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırmada 141 kq-ı başı üzərinə qaldıran …
Read More »DSX və DGK Füzulidə birgə əməliyyat keçirib, narkotik aşkarlanıb
Oktyabr ayının 16-da saat 10:55-də Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik vasitə marixuanaya bənzər maddə və 1796 ədəd psixotrop tərkibli metadon-40 həbi aşkar olunaraq götürülüb. Bu barədə DSX-nin Mətbuat …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar