Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin bu günə olan 2151/2152 və 257/258 nömrəli reyslərinin həyata keçirilməsi təxirə salınıb. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib. “Xatırladırıq ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçirilir. AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və …
Read More »Yearly Archives: 2022
Azərbaycanlı gənc qız Türkiyədə intihar edib
Azərbaycanlı gənc qız Türkiyədə intihar edib. Boyukmillet.com xəvər verir ki, İqdır şəhərində 22 yaşlı Sadıqova Səbinə Zaur qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü ataraq intihar edib. Əldə etdiyimiz məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.
Read More »Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,35 ABŞ dolları, yaxud 0,41 % azalaraq 84,08 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin fevral fyuçersləri 80,02 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …
Read More »Zelenski müharibə başlayandan sonra ilk dəfə Ukraynanı tərk edəcək, Vaşinqtonda Baydenlə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Vaşinqtona səfər edərək ABŞ lideri Cozef Baydenlə görüşəcək. Bu barədə Boyukmillet.com “Axios”a istinadən xəbər verir. Qeyd edilir ki, Ukrayna lideri ABŞ Konqresində çıxış etmək niyyətindədir. Nəşr yazır ki, səfərlə bağlı məlumat Kapitol polisinin rəhbərliyindəki bir neçə mənbə tərəfindən təsdiqlənib. Hazırda polis təhlükəsizliyi gücləndirmək üçün çalışır. Ukrayna rəhbərinin amerikalı tərəfdaşlara göstərdikləri köməyə görə təşəkkür edəcəyi, həmçinin …
Read More »Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on gündür davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Hazırda havanın soyuq olmasına və qar yağmasına baxmayaraq, dinc aksiya iştirakçıları Azərbaycanın Dövlət Himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, …
Read More »Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistanın təxribatına cavab verib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın dövlət tərəfindən idarə olunan manipulyasiya, təhrif və saxtakarlıq kampaniyasına görə Təhlükəsizlik Şurasından sui-istifadə etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib. Səfir Ermənistanın BMT yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycana qarşı irəli sürülən bütün iddiaları qətiyyətlə rədd edib, tamamilə yalan, əsassız olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasına …
Read More »Füzulidə azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub
Füzuli rayonunda azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Xəyal Quliyev idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb. Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib. X.Quliyev barəsində …
Read More »Dini konfessiya rəhbərləri Xankəndi-Laçın yolunda keçirilən aksiya ilə bağlı bəyanat yayıb
Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda deyilir: “Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri icmalarımızın arzu və iradəsini ifadə edərək, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşadan keçən Xankəndi-Laçın yolunda ölkəmizin qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr, ziyalılar, gənclər, ekoloqlar və jurnalistlərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan …
Read More »“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb
Prezident İlham Əliyev 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb. Sənədə əsasən, “Yüksəliş” …
Read More »TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Bakı-Şuşa forumu başlayıb
Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə keçirilir. Forumda iştirakçı qurumların 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyası müzakirəsi olunur. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar