Milli Məclisin növbəti iclası oktyabrın 11-də keçiriləcək və gündəliyə 30 məsələ daxil edilib. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə təklif olunan məsələlər aşağıdakılardır 1. “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 3. “İslam Ölkələrinin Standartlar …
Read More »Yearly Archives: 2022
CEM KÜÇÜK adlı bu balaca oğlan gələcəyin böyük insanı olmaq üçün zəka səviyyəsinə malikdir
CEM KÜÇÜK balaca oğlan gələcəyin böyük insanı olmaq üçün zəka səviyyəsinə malikdir.Görkəmli kəşfiyyat.Hazır cavab.Hər şeylə maraqlanan.Atası Süleymanın Azərbaycanla bağlı CEM oğlumuza məlumat və yol göstərəcək kimsəsi yoxdur.Bəs görəsən niyə bu maraq, bu sevgi, bu heyranlıq?Bəli:Wonder boy CEM ibtidai məktəbin ikinci sinfində kompüterdən istifadə edir.O, Azərbaycanın dövlət himnini orijinala uyğun olaraq əzbər oxuyur.Prezident İlham Əliyev,Paytaxtı Bakıdır.Böyük şəhərləri bir-bir hesablayır.O, ermənilərin törətdiyi …
Read More »Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlim keçirir
2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının …
Read More »Azad edilmiş əraziyə keçmək istəyən şəxs həbs olunub, daha bir nəfər cərimələnib
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxs həbs olunub, digəri cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, rayon sakinləri – Xəyal Quliyev və Sahil Rüstəmov idarə etdikləri avtomobillərlə işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyərkən nəzarət …
Read More »Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişdirilib, yeni tərkibi təsdiqlənib – SİYAHI
Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişdirilib və yeni tərkibi təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, komissiya Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlandırılıb. Komissiyanın yeni tərkibi aşağıdakı kimidir: Komissiyanın sədri Şahin Mustafayev – Baş nazirin müavini Komissiyanın üzvləri: İqtisadiyyat nazirinin birinci müavini Fövqəladə hallar nazirinin birinci …
Read More »Azərbaycan MN: “Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır”
Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Belə ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Bildiririk ki, Azərbaycan Ordusunun …
Read More »Bu gün Praqada Ərdoğan Paşinyanla görüşəcək, Azərbaycan-Ermənistan sülh müqaviləsi müzakirə olunacaq
Bu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, liderlər Bakı vaxtilə saat 18:00-da Praqa qalasında bir araya gələcəklər. Görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparılacaq. R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması …
Read More »Azərbaycan neftinin qiyməti 98 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,65 ABŞ dolları, yaxud 1,71 % artaraq 98,37 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 93,37 ABŞ dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …
Read More »Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq
İsveç Akademiyası cümə axşamı 2022-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatının adını elan edəcək. Boyukmilet.com xəbər verir ki, 2018-ci ilin noyabrında Akademiya Nobel Fondu ilə birlikdə 2019-cu il fevralın 1-dən fəaliyyətə başlayan yeni Ədəbiyyat üzrə Nobel Komitəsinin yaradılması barədə qərar qəbul edib. Alfred Nobelin (1833-1896) vəsiyyətinə görə, bu sahədə mükafat “idealist yönlü ən yaxşı ədəbi əsər”in müəllifinə verilməlidir. 1 iyun …
Read More »Balakəndə narkotiklərlə əlaqəli 6 nəfər tutulub, külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin satışını, paylanmasını təşkil edən və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 6 nəfər tutularaq istintaqa təhvil verilib. Onlardan ümumilikdə 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində Gərəkli kənd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar