Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Füzulidə mina partlayışında xəsarət alan şəxsin vəziyyəti qənatbəxşdir

Füzulidə baş verən mina partlayışı zamanı xəsarət alan 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir. Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, onun həyati təhlükəsi yoxdur. Qeyd edək ki, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə tank-əleyhinə minanın partlayışı baş verib. Təhlükəli …

Read More »

İranda baş verən iğtişaşlar zamanı 19 nəfər həlak olub

İranın Sistan və Bəlucistan əyalətində cümə günü baş verən iğtişaşlar zamanı azı 19 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Boyukmillet.com “Al-Alam” telekanalına istinadən məlumatına görə, ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Seyid Əli Musəvi də var. Telekanal qeyd edib ki, axşam saatlarında bir neçə silahlı şəxs Zahedan şəhərində polis məntəqələrindən birinə atəş açıb. Sistan və Bəlucistan əyalətinin polis …

Read More »

Prezident: “Bolqarıstan və Azərbaycanın biznes cəmiyyətlərinin qarşılıqlı layihələrdə iştirak etməsinin əsl zamanıdır”

“Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərini nəzərə alaraq inanıram ki, bizim biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşündə bildirib. “Bu gün biz Bolqarıstan Prezidenti və Baş naziri ilə ortaq maraq doğuran bir çox sahələr üzrə danışıqlar …

Read More »

ABŞ Çin, Ermənistan və Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Amerika Birləşmiş Ştatları Çin, Belarus və Ermənistan şirkətlərini Rusiyaya qarşı ixrac nəzarəti tədbirlərini pozmaqda ittiham edərək onlara qarşı sanksiyalar tətbiq edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib. Məlumata görə, sanksiya siyahısına 57 hüquqi şəxs daxil edilib.

Read More »

Şuşa və Veliko Tırnovo şəhərləri qardaşlaşıb

Azərbaycanın Şuşa və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıb. Boyukmillet.com xəbər verir ki, sentyabrın 30-da paytaxt Sofiyada iki şəhər arasında qardaşlaşma haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Veliko Tırnovo şəhərinin meri Daniel Panov imzalayıblar.

Read More »

Romen Radev: “İGB Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan qaz almağa imkan verəcək”

“Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. Onun sözlərinə görə, sabah – oktyabrın 1-də rəsmi olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı qeyd ediləcək: “Həmin interkonnektor – bu strateji layihə həm bizim ölkə, həm …

Read More »

Prezident: “Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi önəmli məsələdir”

“Bu gün yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi əlbəttə ki, önəmli məsələdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuat konfransında deyib. “Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır, – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, – bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin …

Read More »

Dövlət başçısı: “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir”

“Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuat konfransında deyib. “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası …

Read More »

İlham Əliyev: “Əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək”

“Əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə birgə mətbuat konfransında deyib. “Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Bu …

Read More »

Prezident: “Bolqarıstan və Azərbaycan dost və strateji tərəfdaş ölkələr kimi sıx əlaqədədirlər”

“Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə birgə mətbuat konfransında deyib. “Prezident Radev bu gün müzakirə olunan məsələlər haqqında geniş məlumat verdi. Öz tərəfimdən onu əlavə etmək istərdim ki, bizim həm təkbətək söhbətimiz, həm də nümayəndə heyətlərinin iştirakı ilə gedən …

Read More »