“Qurultay qərar versə, Azərbaycan Yazıçılar Birliyində də qalmaq fikrim var. “525-ci qəzet”i isə müavinlərim çıxarırlar”. Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirən Şura sədri bildirib ki, bu məsələ yazıçıların qurultayının səlahiyyətinə daxildir. R.Məcid qeyd edib ki, yaxın vaxtlarda Yazıçılar Birliyinin qurultayı olacaq: Qeyd edək ki, R.Məcid Azərbaycan jurnalistlərinin bu ilin sentyabrın 24-də keçirilmiş VIII qurultayında Mətbuat Şurasının …
Read More »Yearly Archives: 2022
Beynəlxalq Prokurorlar Assosiasiyasına yeni prezident seçilib
Argentinanın Buenos Ayres muxtar şəhərinin baş prokuroru Huan Batista Mahikes Beynəlxalq Prokurorlar Assosiasiyasının yeni prezidenti seçilib. Boyukmillet.com xəbər verir ki, sentyabrın 29-da Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. Sessiyaya sədrlik edən Baş prokurorun müavini Heydər Məmmədov çıxışında korrupsiya yolu ilə əldə edilən gəlirlərin aşkar edilməsi və bərpası sahəsində həyata keçirilən institusional tədbirlərdən …
Read More »Cəlilabadda I Qarabağ müharibəsi şəhidinin barelyefinin açılışı olub
Cəlilabad şəhərində I Qarabağ müharibəsi şəhidi Şükür Xudiyevin barelyefinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasim şəhidin təhsil aldığı Cəlilabad şəhər 5 saylı orta məktəbdə baş tutub. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailə üzvləri, məktəbin pedaqoji kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanın himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, …
Read More »Vətən müharibəsi şəhidinin büstünün açılışı olub
Cəlilabadda Vətən müharibəsi qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və …
Read More »Azərbaycan Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin senarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər. Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin …
Read More »Azərbaycanda maddi yardımlar pensiyaların tərkibinə daxil edilir – RƏY
“Azərbaycanda maddi yardımlar pensiyaların tərkibinə daxil edilir”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli deyib. Deputatın sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli Sərəncamında Nazirlər Kabinetinə ünvanladığı iki tapşırığın icrasını təmin etmək məqsədi …
Read More »Hulusi Akar: “Türkiyə daim Azərbaycanın yanındadır”
“Türkiyə daim Azərbaycanın, Liviyanın yanındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Türkiyə ordusunun terrorla mübarizəsi uğurla davam edir: “Dayanmaq yoxdur. Dənizdə, havada, quruda mübarizə davam edir”. H.Akar Türkiyənin bütün qonşularının ərazi bütövlüyünə hörmət etdiyini söyləyib: “Bizim kiminsə torpağında gözümüz yoxdur”. “Harada terroçu varsa, ora bizim hədəfimizdir. “Pənçə Kilid” əməliyyatı uğurla davam …
Read More »Türkiyə ordusu İraqın 140 km ərazisinə daxil olub, terrorçuların mağaralarına zərbə endirilib
“İraqın şimalında 140 kilometr dərinliyə girmişik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, əməliyyat zamanı 16 mağara bombalanıb: “Suriyalılar da, iraqlılar da bizim qardaşlarımızdır. Burada heç bir problem yoxdur. Bizim problemimiz terrorçulardır”. H.Akarın sözlərinə görə, ən sonuncu terrorçu məhv edilənədək mübarizə davam edəcək.
Read More »Azərbaycan bəşəriyyətə dühalar bəxş etmiş məmləkətdir
Hər zaman dünyaya səs salan, öyündüyümüz oğul-qızlarımız olub. Tarix, zaman millətimizə Heydər Əliyev kimi dahi də qazandırıb. Təkcə Azərbaycana deyil, dünyaya qazandırıb. Taleyinə Xalqının, Vətəninin xilaskarlıq missiyası düşmüş fenomen şəxsiyyətin dəmir iradəsi, siyasi uzaqgörənliyi və onun layiqli yadigarı, siyasikursunun davamçısı İlham Heydər oğlu Əliyevin əzmikarlığı sayəsində biz indi dünyada sözümüz, imzamız olan Dövlət, Millətik. Ümummilli Lider Heydər Əliyevin məktəbinin iki …
Read More »Dərbənd küçələrində kişilərin hərbi komissarlıqlara getmələrinə çağırış edilir
Rusiyanın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində bütün kişilərin hərbi komissarlıqlara getməsinə çağırış edilir. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mash” yayıb. Bir qrup adam avtomobillə Dərbənd küçələrində hərəkət edərək kişiləri hərbi komissarlıqlara yollanmağa səsləyirlər. Şəhər administrasiyasından bildirilib ki, hərbi komissarlığın öz işini pis təşkil etməsi səbəbindən bu addımı atmağa məcbur olublar. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar