Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

İlham Əliyev Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb. Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib. Girişdə mərmər lövhə üzərində özbək və ingilis dillərində “Bu müqəddəs yer Özbəkistan Respublikasının birinci Prezidenti, böyük dövlət və …

Read More »

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, Səmərqənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Türkiyə MN: “Azərbaycan Ordusu Ermənistanın təxribatlarına güclü şəkildə duruş gətir”

“Biz doğma qardaşıq, bir millət, iki dövlətik”. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyənin Milli Müdafiə Nazirliyinin Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı yaydığı paylaşımda bildirilib. “Bakının düşmən işğalından azad olunmasının 104-cü ildönümünü qeyd etdiyimiz bu xüsusi gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə güclü şəkildə duruş gətirən Qəhrəman Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamlayırıq!”, – nazirlikdən qeyd olunub.

Read More »

Türkiyənin Ombudsmanı Azərbaycana başsağlığı verib

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıç Azərbaycana başsağlığı verib. M.Kılıç Ermənistan tərəfindən son günlər törədilən təxribatlar nəticəsində hərbi qulluqçularımızın şəhid olması xəbəri ilə bağlı Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya zəng edərək başsağlığı verib. TİHEK sədri M.Kılıç Allahdan şəhidlərə rəhmət diləyib, yaralılara şəfa arzulayıb.

Read More »

Türkiyə səfirliyində Bakının işğaldan azad olunmasına həsr olunmuş sərgi keçirilib

Türkiyənin Azərbaycandakı səfirliyində Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümünə həsr olunmuş sərgi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə səfir Cahit Bağcı və diplomatik missiyanın nümayəndələri ilə yanaşı, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Tevfik Ulual, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Ramil Həsənov, Anar İsgəndərov, Aydın Mirzəzadə və …

Read More »

Zəngilanın Ağalı kənd məktəbində 29 ildən sonra ilk zəng çalınıb

Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başlayıb. Boyukmillet.com xəbər verir ki, ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ağalıda dərslərin başlaması mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi …

Read More »

Hulusi Akar Bakının qurtuluşu münasibətilə Zakir Həsənovu təbrik edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü münasibətilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. H.Akar telefon danışığında Azərbaycan xalqının bu əlamətdar və anlamlı gününü xüsusilə qeyd etdiyini vurğulayıb.

Read More »

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub. General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib. H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daim Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb. Telefon danışığı zamanı Azərbaycan-Ermənistan …

Read More »

DYP sürücülərə, valideyinlərə və məktəb kollektivlərinə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə, valideyinlərə və məktəb kollektivlərinə müraciət edib. Boyukmillet.com xəbər verir ki, səhər saatlarında gözlənildiyi kimi paytaxtın əsasən Nərimanov, Nəsimi, Yasamal, Səbail, Binəqədi, Nizami və Xətai rayonlarının ərazisində avtomobillərin sıx hərəkətləri daha çox müşahidə olunur: “Yollarda bu gündən etibarən azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri xüsusəndə məktəblərə yaxın ərazilərdə dahada çoxalacaq. Sürücülərdən son dərəcə …

Read More »

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub. General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib. H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daim Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb. Telefon danışığı zamanı Azərbaycan-Ermənistan …

Read More »