Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə …
Read More »Yearly Archives: 2022
Azərbaycanda əhalinin tibbi sığorta imkanları genişləndiriləcək
Əhalinin tibbi sığorta imkanlarının artırılması məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev və “Azərbaycan Sığortaçılar Assosiasiyası” Müşahidə Şurasının sədri Azər Əliyev imzalayıblar. Əhalinin sağlamlığının qorunması, tibbi sığorta imkanlarının artırılması nəticəsində səhiyyə …
Read More »Ceyhun Bayramov Rusiya XİN başçısının xüsusi nümayəndəsi ilə görüşüb
Sentyabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Tərəflər Azərbaycanla Rusiya arasında ikitərəfli gündəlikdə duran məsələlər, regionda cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif cəhətləri və bu çərçivədə atılan addımlar, etimad quruculuğu tədbirləri sahəsində görülən işlər, habelə gələcək perspektivlər …
Read More »SOCAR Türkiyədə qazma üzrə tenderin qalibi olub
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) tərəfindən Türkiyənin Batman vilayətində neft-qaz quyularının qazılması layihəsinin icrası məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks qazma işləri” tresti (KQİT) pre-kvalifikasiya mərhələsindən uğurla keçərək tenderin qalibi olub. Boyukmillet.com xəbər verir ki, TPAO ilə KQİT arasında 1 il müddətinə xidmət müqaviləsi imzalanıb. Layihə şərtlərinə əsasən, Batman vilayəti ərazisində 8 ədəd kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Hazırda müqavilə üzrə …
Read More »Yeni tədris ilində üç idman liseyi fəaliyyətə başlayacaq
“Yeni tədris ilində üç idman liseyinin fəaliyyətə başlaması planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bunlar “Vətən” idman liseyi, Bakı şəhəri 1 nömrəli idman liseyi və Gəncə şəhər idman liseyidir: “Vətən” idman liseyində futbol, Bakı şəhəri …
Read More »Türkiyəli deputat və bələdiyyə sədri Azərbaycanda səfərdədir
Bakıda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Cəmil Yamanın və Kocaeli şəhərinin Gebze mahalının bələdiyyə sədri Zinnur Büyükgözün başçılıq etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakı ofisində mətbuat konfransı keçirilib. Boyukmillet.com xəbər verir ki, mətbuat konfransında səfərin məqsədi barədə məlumat verilib. Bildirilib ki, deputat, bələdiyyə sədri və bələdiyyə məclis üzvlərindən ibarət heyət iki ölkə …
Read More »Xanlar Vəliyev: “Sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlar”
Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlarına əminəm. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokurorunun müavini-Respublikanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda tədbirdə deyib. O, müxtəlif vaxtlarda xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, terrorçuluq …
Read More »“Meliorasiya və Su Təsərrüfatı”nın sədri Ağdaşda vətəndaşları qəbul edib
Bu gün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov Ağdaş Suvarma Sistemləri İdarəsinin inzibati binasında Ağdaş, Göyçay və digər rayonlardan olan vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, ərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Read More »Yasamalda sudan qeyri-qanuni və israfçılıqla istifadə halları aşkar edilib
“Azərsu” ASC Bakının Yasamal rayonundakı bəzi obyektlərdə içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə halları aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, Yasamaldakı ət kəsimi məntəqələrinin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara və obyektin su təchizatının dayandırılmasına baxmayaraq, qeyri-qanuni əməllərindən əl çəkmirlər. Yasamal rayon Sukanal İdarəsinin mütəxəssislərinin keçirdiyi nəzarət tədbirləri zamanı məlum olub ki, kababxana və sallaqxanalarda içməli su ciddi şəkildə talanır. Ərazidə mövcud olan …
Read More »Ərdoğan Britaniya kraliçasının dəfnində iştirak edə bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyaya səfər edə bilər. “Britaniya kraliçasının ölümü ilə bağlı sosial şəbəkə vasitəsilə başsağlığı verdim. Əgər imkanım olarsa, Britaniyaya getmək də istəyərəm. Amma, əlbəttə, bu, proqramımızdan asılıdır. Nəzərə almaq lazımdır ki, Britaniya kraliçası II Elizabet tanımadığım adam deyil”, – Ərdoğan bildirib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar