Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Pakistanın Baş naziri Əfqanıstanla bağlı dünya ictimaiyyətinə çağırış edib

Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanla sərhəddəki gərginliklə bağlı dünya ictimaiyyətinə çağırış edib. Boyukmillet.com-un xəbərinə görə, hökumət başçısı tviterdə yazıb ki, Əfqanıstanın müvəqqəti hökuməti belə hadisələrin təkrarlanmamasını təmin etməlidir. “Əfqanıstan Sərhəd Qüvvələrinin Şamanda səbəbsiz yerə atəşkəsi pozması və nəticədə bir neçə Pakistan vətəndaşının ölməsi və yaralanması təəssüf doğurur. Bu, ən sərt qınaqlara layiqdir”, – o bildirib. Qeyd edək ki, ötən …

Read More »

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib. Boyukmillet.com  xəbər verir ki, dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor …

Read More »

Bu gün Təbrizdə Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür

Bu gün Təbrizdə Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür. Boyukmillet.com xatırladır ki, 77 il öncə – 1945-ci il dekabrın 12-də (21 azər) Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti yaradılıb. Məlum olduğu kimi, İkinci Dünya müharibəsi Böyük Britaniya və SSRİ-nin İran adlanan ərazidə əlini gücləndirmişdi. Sözügedən tarixdə Rza şah Pəhləvinin süquta uğrayan istibdad rejimi İranda fərqli-fərqli epizodlarla yadda qalıb. Elə həmin anlarda …

Read More »

Türkiyə xarici hərbi gəmilərə xəbərdarlıq edib

Türkiyə digər ölkələrin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin öz ərazi sularına və ya dəniz limanlarına yaxınlaşmasına dair məlumat verməsi barədə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat “Rəsmi Qəzet”də dərc olunub. Türkiyə sularına daxil olmaq barədə məlumat ölkəyə məxsus dəniz sahillərindən beş dəniz milindən çox olmayan məsafədə radio ilə verilməlidir. Sənəddə həmçinin qeyd edilib ki, xarici hərbi gəmilər …

Read More »

Cahit Bağcı: “Tarix həmişə hər şeyi öz yerinə qoyur!” demişdi. Vəsiyyəti yerinə yetirildi”

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat tviterdə qeyd edib: “Tarix həmişə hər şeyi öz yerinə qoyur!” demişdi. Vəsiyyəti yerinə yetirildi. Artıq Qarabağ azaddır ve zəfərdən sonra böyük qayıdış və dirçəliş başlamışdır. Bütün həyatını xalqa xidmətə həsr edən qardaş Azerbaycan’ın umummilli lideri Heydər Əliyevi hörmət və rəhmətlə …

Read More »

Ukrayna müdafiə naziri: “Torpaq donandan sonra əks-hücuma keçəcəyik”

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hava şəraiti ilə əlaqədar cəbhədə fəallığın azaldığını, lakin torpaq donandan sonra Ukrayna Silahlı Qüvvələrinin hücuma keçəcəyini bildirib. Boyukmillet.com “Strana” nəşrinə istinadən xəbər verir ki, bu barədə ukraynalı nazir isveçli həmkarı Pol Yonsonla birgə mətbuat konfransında deyib. “Hesab edirəm ki, aktivliyin azalması hava şəraiti ilə bağlıdır. Lakin Ukrayna Silahlı Qüvvələri dayanmaq fikrində deyil. Ona görə də …

Read More »

Türk Dövlətləri Təşkilatı Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatı (TDT) ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com  xəbər verir ki, Təşkilatın tviterdəki səhifəsində qeyd olunub: “Azərbaycanın ulu öndəri Heydər Əliyevi hörmət və ehtiramla anırıq”. #Azerbaycan’ın Ulu Önderi #HaydarAliyev’i saygıyla ve rahmetle anıyoruz.We commemorate with deep respect the National Leader of #Azerbaijan, #HeydarAliyev.#HeydərƏliyev#ÜmummilliLider #UluÖndər#AnımGünü pic.twitter.com/esaCRID9wz— Organization of Turkic States (@Turkic_States) December …

Read More »

Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Boyukmillet.com xəbər verir ki, ulu öndərin vəfatından 19 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci …

Read More »

Azərbaycanın Rusiya sülhməramlılarının olduğu ərazilərdə monitorinqi növbəti dəfə baş tutmayıb

“Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında bildirib. “Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat …

Read More »