Bazar , 5 Aprel 2026

Yearly Archives: 2022

Elbay Qasımzadədən tənqidlərə münasibət: “Elçin Əliyev adlı memar tanımıram”

“Mən Elçin Əliyev adlı memar tanımıram”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə E.Əliyevin İttifaqın fəaliyyətini tənqid edən fikirlərinə münasibət bildirərkən deyib. Qeyd edək ki, E.Əliyev sosial media hesabında Memarlar İttifaqının fəaliyyətini sərt şəkildə tənqid edib. Memarlıq üzrə elmlər doktoru E.Əliyev 2012-2017-ci illərdə Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin müavini olub.

Read More »

Qarabağda “Yaşıl enerji” zonasının yaradılmasına QDF də cəlb ediləcək

Qarabağda “Yaşıl enerji” zonasının yaradılmasına Qarabağ Dirçəliş Fondu (QDF) da cəlb ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclasında müzakirə aparılıb. İclasda Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli 357s nömrəli sərəncamı ilə …

Read More »

Deputat: “Azərbaycanın İranla sərhəd bölgələrində radiotezliklər gücləndirilməlidir”

“Azərbaycanın İranla sərhəd bölgələrində radiotezliklər gücləndirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, son dövrlər İran Azərbaycana qarşı aqressiv siyasət yürüdür və regionda sülhün yaranmasına mane olur: “Hazırda milli identikliyi yaratmaq üçün informasiya mühiti yoxdur. Bizim dediklərimiz də Azərbaycanın informasiya məkanında qalır. Ancaq İranda səsləndirilən fikirlər …

Read More »

Uqanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənir

Uqandanın BMT yanında daimi nümayəndəsi və Uqanda Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olub. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində baş tutan görüşlərdə 2023-cü ilin dekabr ayında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşünə hazırlıq məsələləri və Hərəkata sədrliyin səmərəli təşkili ilə bağlı Azərbaycanın …

Read More »

Ərdoğan Avropa ölkələrinə xəbərdarlıq edib: “Bizə qarşı ikiüzlü siyasət həyata keçirilib”

“Türkiyənin mübarizə apardığı terror təşkilatlarına yardım edən Avropa ilə ortaq gələcək qura bilmərik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Vorld forumunda deyib. Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük məsələsində rəsmi Ankaraya qarşı ikiüzlü siyasət həyata keçirilib. “Halbuki biz İkinci Dünya müharibəsindən sonra Avropa ilə əməkdaşlığı seçmişik. Avropanın təhlükəsizliyi və rifahına verdiyimiz dəstəyi kimsə inkar edə …

Read More »

Parlament “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanunu qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O qeyd edib ki, layihə 8 fəsil, 40 maddədən ibarətdir. Bildirilib ki, “İnvestisiya fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə …

Read More »

Ermənistan silahlı bölmələri DSX-nin Zəngilandakı mövqelərini atəşə tutub

Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, …

Read More »

Türkiyənin önəmli turizm mərkəzi: Snoubordçular “Cıbıltəpə”də xizək mövsümünü açdı – FOTO

Snoubordçular güclü qardan istifadə edərək, Türkiyənin şərqindəki məşhur “Cıbıltəpə” dağ-xizək kurortunun yamaclarına çıxıblar.  Kurortda mövsüm rəsmən açılmayıb, lakin iki gün davam edən güclü yağışdan sonra qarın qalınlığı 20 santimetrə çatıb.  Meşələrlə əhatə olunmuş xizək kurortunda bu mövsümün ilk snoubord yarışı baş tutub.  Boyukmillet.com-un məlumatına görə, qonaqlardan Himmet Bozyel “Anadolu” agentliyinə bildirib ki, qarın yağması xizəkçiləri çox sevindirib: “Qardan ilk zövq …

Read More »

Antakya–İskəndərun “qarşıdurması”: Kimin dönəri daha ləzzətlidir? – FOTO

Dönər və ya dönər kababı tarixdə ilk dəfə 19-cu əsrdə Osmanlı Türk dövlətində görülüb, lakin kiçik dəyişikliklərlə digər ölkələr zamanla bu ləzzəti təqlid edərək günümüzə gətiriblər: Suriya və ərəb ölkələrində şaurma, Yunanıstanda gyro və Meksikada tako. Qeyri-rəsmi olaraq Türkiyənin Hatay yörəsi olaraq tanınan bu ləzzətli yeməyi belə təsvir etmək olar: Ətin (və ya toyuqun) bəzi ədviyyatlar və xüsusi ədviyyatlarla qarışdırılaraq böyük …

Read More »

Prezident: “Mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında təxirəsalınmaz vəzifələr irəli sürür”

“Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb. …

Read More »