ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək. Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir. “Prezident Bayden sentyabrın 18-i Nyu-Yorka yola düşəcək. Prezident sentyabrın 19-20-da BMT Baş Assambleyasınin 77-ci sessiyasında iştirak edəcək”, – Ağ Evin məlumatında deyilir.
Read More »Yearly Archives: 2022
“Yelo Bank”dan illik cəmi 5%-lik kreditlə biznes dəstəyi
“Yelo Bank” ASC üçün sahibkarlığın, xüsusilə real sektorun inkişafına dəstək prioritetdir. Bu istiqamətdə Bank, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaiti hesabına illik cəmi 5% ilə biznes krediti təklif edir. Əməkdaşlıq çərçivəsində təklif olunan biznes kreditinin maksimal məbləği 10 milyon manatdır. Bundan başqa kredit götürmüş sahibkarlar müddətinin yarısınadək güzəşt müddəti üstünlüyündən də faydalana bilərlər. 2022-ci ilin ilk 6 ayı …
Read More »“Frayburq”un baş məşqçisi: “Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı”
“Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx UEFA Avropa Liqasının püşkatması barədə danışarkən deyib. 57 yaşlı mütəxəssis rəqibin heç bir əhəmiyyətinin olmadığını bildirib: “Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər. Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik”. Qeyd edək ki, UEFA Avropa …
Read More »Ukraynanın Qorlovka şəhərində partlayış olub
Ukraynanın hazırda Rusiyanın işğal altında olan Qorlovka şəhərində partlayış olub. Boyukmillet.com xəbər verir ki, partlayış “Stirol” zavodunda qeydə alınıb. Bildirilib ki, partlayışdan sonra zavodda yanğın başlayıb. Yanğın zamanı ərazidəki transformator yarımstansiyası və zavodun binasının dam örtüyü yanıb. Hadisənin baş vermə səbəbləri və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Read More »Ukraynada raket zərbələri nəticəsində azı 30 azərbaycanlının evi və ya obyekti dağılıb
Ukraynada genişmiqyaslı müharibə dövründə azı 30 azərbaycanlının evi və ya iaşə obyekti tamamilə dağılıb. Boyukmillet.com xəbər verir ki, bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı müharibə müddətində azərbaycanlılara dəyən zərərin bir qismi məlum olub. Belə ki, əsasən, Ukraynada hazırda da raket zərbələrinə məruz qalan Xarkov, Çerniqov, Sumı, Donetsk, Luqansk, Nikolayev, Dnepropetrovsk, Zaporejye vilayətlərində, o cümlədən mart ayında Kiyev vilayəti ətrafında …
Read More »Dövlət Məşğulluq Agentliyi 2 milyon manatlıq tenderi yekunlaşdırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi Bərdə Peşə Hazırlığı Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Excellent Trade” MMC-dir. Qalib şirkətə 2,297 milyon manat ödəniləcək.
Read More »Bakıdan Antalyaya uçan təyyarə geri qayıdıb
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədə AZAL-dan bildirilib. Məlumata görə, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.
Read More »Avropada ruslara viza verilməsinə qadağa ilə bağlı vahid mövqe yoxdur
Avropa İttifaqına üzv dövlətlər arasında Rusiya vətəndaşlarına viza verilməsinə mümkün qadağa ilə bağlı müxtəlif fikirlər var. Boyukmillet.com xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo bəyan edib. “Ayın sonunda Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasına gəlincə, biz bu məqsədə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Vizalara gəlincə, təbii ki, Avropa İttifaqında da müxtəlif fikirlər …
Read More »Leyla Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi sosial media hesabında Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, Leyla Əliyeva təbrikində anasını çox sevdiyini bildirib.
Read More »Türkiyədə sərnişin avtobusu aşıb, 28 nəfər yaralanıb
Türkiyənin cənubunda Pamukkale vilayətində Antalya şəhərindən İstanbul şəhərinə gedən şəhərlərarası sərnişin avtobusu aşıb. Bu barədə Boyukmillet.com “NTV” kanalına istinadən xəbər verir. Qeyd olunub ki, avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində azı 28 nəfər yaralanıb. Qəza yerinə təcili yardım avtomobilləri cəlb edilib, sərnişinlərdən bəziləri xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar