Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs yol qəzasına düşüb. Boyukmillet.com “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Bodrum şəhərində qeydə alınıb. Sənətçinin içərisində olduğu mikroavtobus yük avtomobili ilə toqquşub və nəticədə yoldan çıxaraq dərəyə yuvarlanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Müğənninin xəsarət aldığı və qızının da avtomobildə olduğu bildirilir.
Read More »Yearly Archives: 2022
İrandan Azərbaycana 15 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından (İİR) Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, avqust ayının 23-ü saat 23:10-da “Astara” sərhəd nəzarət şöbəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana keçərkən İİR vətəndaşı 1981-ci il …
Read More »Laçın dəhlizinə alternativ yolla hərəkət yaxın bir həftədə mümkün olacaq
Azərbaycan hökumətinin inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib. “Məlumdur ki, cəmi 10 ay ərzində Laçın şəhərinə daxil olmadan …
Read More »Prezident Bosniya və Herseqovinanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir.
Read More »Dərbənd, Zəncan, Qəzvin, İrəvan, Urmiya tarixi vətənimiz olub – Deputat
Azərbaycançılıq ideyasının əsasında ümumbəşəri və milli-mənəvi dəyərlər dayanır. Belə ki, bu ideya tolerantlıq, şəxsiyyət azadlığı, humanizm, bərabərhüquqluluq və sosial ədalət kimi dəyərlərə əsaslanaraq dini fanatizmi, etnik ayrıseçkiliyi qəbul etmir. Bu özəlliklərinə görə 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra yaranmış ideoloji boşluqda məhz Azərbaycançılıq milli ideologiya səviyyəsinə yüksələ bilib. Əsrlər boyu müxtəlif etnik kökə və dinə mənsub insanlar Azərbaycanda …
Read More »Qarabağdakı yollara xidmət üçün alınmış maşın və mexanizmlər təqdim edilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturuna xidmət göstərilməsi üçün alınmış maşın və mexanizmlərin təqdimatını keçirib. Boyukmillet.com xəbər verir ki, təqdimatda yol təsərrüfatının müxtəlif sahələrində – istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar, inşa edilən avtomobil yollarının müasir səviyyədə və keyfiyyətlə yenidən qurulması üçün Agentliyin maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla …
Read More »Suriyada ABŞ bazalarına hava zərbəsi nəticəsində bir neçə amerikalı əsgər yaralanıb
Çərşənbə günü ABŞ-ın Suriyanın şimalında iki hərbi bazasının atəşə tutulması nəticəsində üç amerikalı hərbçi xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. Pentaqonun məlumatına görə, ABŞ-ın “Green Village” və Konokodakı hərbi bazaları atəşə tutulub. “Konoko Dəstək Missiyasının bir üzvü yüngül xəsarət aldıqdan sonra ona tibbi yardım göstərilib və xidmətə qayıdıb. …
Read More »Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,45 ABŞ dolları, yaxud 0,45 % artaraq 101,52 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 101,22 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə …
Read More »BMT Baş katibi: “Zaporejyedəki durumun daha da gərginləşməsi ciddi nəticələrə səbəb ola bilər”
BMT Baş katibi Antonio Quterreş Zaporejye Atom Elektrik Stansiyasındakı (AES) durumla bağlı çağırış edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Zaporejye AES və onun ətrafındakı vəziyyətlə bağlı ciddi narahatlığım davam edir. Vəziyyətin daha da gərginləşməsi ciddi nəticələrə səbəb ola bilər”, – Baş katib bildirib. Quterreş qeyd edib ki, BMT Kiyevdə zavoddakı missiyanın fəaliyyətinə dəstək verməyə hazırdır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar